Yanğından mühafizə komanda rəislərinin təlim-metodiki toplanışı keçirilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yanğından mühafizə komanda rəislərinin təlim-metodiki toplanışı keçirilib - VİDEO

Qafar Ağayev10:04 - 24 / 06 / 2024
Yanğından mühafizə komanda rəislərinin təlim-metodiki toplanışı keçirilib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi Əşya Bazasında qoşun növü, birlik, birləşmə və hərbi hissələrin yanğından mühafizə xidmətlərinin və ştatlı yanğından mühafizə komandalarının rəisləri, həmçinin yanğından mühafizə üzrə müfəttişləri ilə təlim-metodiki toplanış keçirilib.

1news.az xəbər verir ki, toplanışda anbarların, saxlancların, açıq saxlama meydançalarının, sexlərin, emalatxanaların, qarajların, parkların və digər yanğın təhlükəli obyektlərin yanğından mühafizə olunma qaydaları, yanğının baş verdiyi anda genişlənməsinin qarşısını almaq üçün görüləcək işlər praktiki olaraq icra edilib.

Hərbi hissələrin yanğından mühafizə xidməti və ştatlı yanğından mühafizə komanda rəislərinin, həmçinin yanğından mühafizə üzrə müfəttişlərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə iştirakçılara yanğın təhlükəsizliyi tədbirləri izah olunub.

Anbarda baş vermiş şərti yanğının qarşısını almaq üçün öncə mühafizəçinin növbətçiyə ötürdüyü “Anbarda yanğın!” komandası ilə yanğınsöndürən briqadanın fəaliyyəti izlənilib. Yanğın baş verdiyi yerin su şırnakları ilə söndürülməsi, həmçinin təcili yardım briqadasının da hadisə yerinə cəlb edilərək tüstüdən zəhərlənən çalışanların təxliyəsi və onlara ilkin tibbi yardımın göstərilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Təlim-metodiki toplanış yanğından mühafizə xidmətinə cavabdeh şəxslərin yerlərdə yanğından qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin öyrənilməsi ilə başa çatıb.

Paylaş:
141

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər