Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib

Azərbaycanın qiymətli kağızlar bazarında korporativ istiqrazlara olan investor marağı yüksələn xətlə davam edir.
“Prior Leasing” ASC-nin “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin anderrayterliyi ilə bazara çıxardığı yeni istiqraz buraxılışı rekord göstəricilərlə yerləşdirilib.
Belə ki, 2 milyon AZN həcmində elan edilmiş emissiya üzrə 293 investor tərəfindən ümumilikdə 4 342 300 AZN məbləğində sifariş təqdim olunub. Bu isə tələbin ilkin təklifi 2,17 dəfə üstələməsi deməkdir.
İnvestorları cəlb edən əsas üstünlüklər:
· Yüksək və sabit gəlir: Nominal dəyəri 100 AZN olan istiqrazlar illik 15% gəlirlilik qazandırır.
· Aylıq nağd axın: 24 aylıq tədavül müddəti ərzində kupon ödənişləri hər 30 gündən bir investorların hesabına köçürülür.
· Tam rəqəmsal əlçatanlıq: İnvestorlar heç yerə getmədən “ABB mobile” tətbiqinin “Yeni Emissiyalar” bölməsi vasitəsilə cəmi bir neçə dəqiqəyə istiqraz üçün sifariş yerləşdirə biliblər.
Bu nəticə həm pərakəndə investorların kapital bazarına artan marağını, həm də real sektorun maliyyələşdirilməsində mühüm rol oynayan “Prior Leasing” ASC-yə göstərilən yüksək etimadı bir daha təsdiqləyir.
12 ildən artıqdır bazarda olan “Prior Leasing” ASC müxtəlif ölkələrin aparıcı istehsalçılarının müxtəlif növ texnika və nəqliyyat vasitələrinin ölkə üzrə 20-dən çox filial və nümayəndəliyi vasitəsilə sahibkarlara lizinq şərtlərilə təqdim edir.
Ətraflı məlumat üçün:
Telefon: 858
E-poçt: [email protected]
Veb-sayt: www.priorleasing.az











