ADY platformalara keçid və qatarlara minik qaydalarını yeniləyir | 1news.az | Xəbərlər
Cəmiyyət

ADY platformalara keçid və qatarlara minik qaydalarını yeniləyir

Qafar Ağayev16:17 - 28 / 06 / 2024
ADY platformalara keçid və qatarlara minik qaydalarını yeniləyir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) xidmət keyfiyyətinin yüksəldilməsi və təhlükəsizliyin tam təmin edilməsi baxımından dəmiryol stansiyalarında, vağzallarda sərnişinlərin platformalara keçidi və qatarlara miniyin təşkili ilə bağlı qaydalara dəyişikliklər edir.

ADY-dən 1news.az-a verilən məlumata görə, təlimata uyğun olaraq sərnişinlərin qeydiyyatı və qatara minik 20.07.2024-cü il tarixindən etibarən səfərdən bir saat əvvəl başlayacaq və qatarın yola düşməsinə beş dəqiqə qalmış dayandırılacaq. Bu, sərnişinlərin qatarlara rahat və vaxtında daxil olmasına və yerləşməsinə imkan yaradacaq.

Bundan başqa, platformalara keçid yalnız bileti olan sərnişinlərə şamil edilir. Sərnişinlərin rahat hərəkətinin təmini, o cümlədən təhlükəsizliyin yüksək səviyyədə təşkil edilməsi məqsədilə yola salan şəxslərin platformalara keçidi qəti qadağan edilir. Sərnişinlərə əl yükünü ödənişsiz olaraq vağzallarda yerləşdirilmiş arabalarla qatara qədər daşıma imkanı yaradılır. Yaşlı, fiziki məhdudiyyətli şəxslərə, uşaqlı valideynlərə yüklərini rahat daşıması üçün vağzal əməkdaşları tərəfindən operativ dəstək göstərilir.

Həmçinin təlimata uyğun olaraq 08.06.2024-cü il tarixdən etibarən üzərində şəxsiyyəti təsdiq edən sənədin əsli olmayan və ya sənədinin vaxtı bitmiş sərnişinlərin qatara buraxılmasına icazə verilmir.

Yeni qaydalara əsasən, qatara minik zamanı təqdim edilən sənəd növləri ilə bağlı sərnişinlərə əlavə imkanlar təqdim olunur.

Sərnişin qatara minik zamanı biletini və həmin bileti alarkən istifadə edilmiş şəxsiyyəti təsdiq edən sənədini və ya həmin sənədlə eynilik təşkil edən digər bir sənədini təqdim edə bilər. Məsələn, şəxsiyyət vəsiqəsi ilə bilet alınıbsa, xarici pasportun əsli (və ya əksinə) təqdim edilməklə sərnişin qatara daxil ola bilər.

Eləcə də bilet almış sərnişin səfər tarixinədək hər hansı səbəbdən şəxsiyyəti təsdiq edən sənədini yeniləyərsə, yeni sənədin əsli ilə qatara daxil ola bilər.

Bu zaman sərnişinlərin təqdim edə biləcəyi şəxsiyyəti təsdiq edən sənədlər aşağıdakılardır:

• Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;

• ümumvətəndaş pasportu;

• hərbi vəsiqə (həqiqi hərbi xidmətdə olan və kursantlar);

• 16 yaşına qədər uşaqlara doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi. Yeni doğulmuş körpələrə (bir ay müddətində) doğum evindən verilmiş arayış;

• azadlığa buraxılma barədə arayış;

• şəxsiyyəti müvəqqəti təsdiq edən digər sənəd;

• əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsi vəsiqəsi.

Sərnişinlərdən ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə bilet alan zaman təqdim olunmuş qaydalarla yaxından tanış olması və hər kəsə rahat səyahət imkanı yaratmaq üçün bu qaydalara əməl etməsi xahiş olunur. Hər hansı sual yarandıqda ADY-nin 24 saat fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzinə müraciət olunması tövsiyə edilir.

Paylaş:
245

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər