Tariflərin yenilənməsi ictimai nəqliyyatda hansı dəyişikliklərə səbəb olacaq? – Ekspertdən ŞƏRH | 1news.az | Xəbərlər
İqtisadiyyat

Tariflərin yenilənməsi ictimai nəqliyyatda hansı dəyişikliklərə səbəb olacaq? – Ekspertdən ŞƏRH

Qafar Ağayev17:32 - 01 / 07 / 2024
Tariflərin yenilənməsi ictimai nəqliyyatda hansı dəyişikliklərə səbəb olacaq? – Ekspertdən ŞƏRH

30 iyun 2024-cü il tarixdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib.

Dəyişikliyə əsasən, Sosialyönümlülük baxımından ən optimal variant seçilməklə aşağıda qeyd olunan tariflərin tətbiqi məqsədəuyğun hesab edilib:

Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik olaraq müəyyənləşdirilib.

Bəs görəsən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilən bu qərar hansı zərurətdən ortaya çıxdı?

Tariflərin yenilənməsindən sonra ictimai nəqliyyatda xidmət səviyyəsində dəyişiklik olacaq?

Məsələ ilə bağlı 1news.az-a danışan Jurnalistka və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, yeni tarif dəyişikliyindən sonra ictimai nəqliyyatda inkişaf gözlənilir.

“Daşıyıcı şirkətlər hal-hazırda kifayət qədər zərərdədirlər və borc içindədirlər. Bununla bağlı məlumatlıyam. Xüsusən pandemiyadan sonra bu proses daha qabarıq şəkildə özünü göstərdi və nəticə etibarı ilə bu gün o şirkətlərin bir çoxu həqiqətən də borcdan inkişaf edə bilmir.

Dövlət tərəfindən onların üzərinə bir vəzifə qoyulub, bu vəzifənin də tələbləri budur ki, həmin şirkətlər yeni, müasir, komfortlu avtobuslar gətirməlidir, insanlara daha keyfiyyətli xidmət göstərilməlidir. Belə bir vəziyyətdə daşıyıcı şirkətlər çətin vəziyyət qarşısında qalırlar. Səbəb odur ki son illər avtomobil sektorunda kifayət qədər qiymət artımı baş verib, ən çox da ehtiyat hissələrinin, sürtkü yağlarının bahalaşması, yanacağın özünün bahalaşması və sair fonundada ictimai nəqliyyatda gedişhaqqı təxminən eyni qalmışdı. Nəzərə almaq lazımdır ki, daşıyıcı şirkətlər də özəldi şirkətlərdir və onların inkişaf etmək imkanları məhdudlaşır.

Ekspert deyib ki, əvvəl ictimai nəqliyyatda vəziyyət başqa idi.

“Əvvəllər avtobuslar gündəlik plana verilirdi. O zaman da sürücü planı toplamaq üçün fasiləsiz işləyirdi, avtobusu təhlükəli idarə edirdi, başqa sözlə desək, nəzarət yox idi. Bu gün artıq avtobuslar iki sürücü tərəfindən istifadə olunur və sürücülərinin iş və istirahət rejiminə xüsusi nəzarət edilir.

Düzdür, hələ də neqativ hallar var, amma digər sahələrdə olduğu ki, ictimai nəqliyyatda da inkişaf başlayıb və bu proses mərhələli şəkildə davam edir. Daşıycı şirkətlər qarşısında məsələlər qoyulur və tələblər irəli sürülür ki, yeni və komfortlu avtobuslar alsınlar, burada daha çox elektrikli avtobuslardan burda söhbət gedir.

Elektrikli avtobusların da qiyməti kifayət qədər bahadır. Təxminən bir avtobus 600.000 manat dəyərindədir, yəni bu 600.000 manat dəyəri ödəmək də asan deyil. Deyim ki, vaxtilə 600.000 manata təxminən 2-3 avtobus almaq mümkün idi, məsələn sıxılmış qazla istifadə edilən avtobusdan söhbət gedirsə, 300.000 manat civarında idi, yəni şirkət ən azı 2 avtobus ala bilirdi. Dövlət daşıyıcı şirkətlər qarşısında tələb qoyur ki, elektrikli avtobus alınsın, düzdü hazırda sıxılmış qazla işləyən avtobuslar da alınır və istismardadırlar, ancaq bu məsələ müzakirə mərhələsindədir".

E. Muradlı deyib ki, yeni tariflər daşıyıcı şirkətlər tərəfindən irəli sürülən təkliflər əsasında oldu.

Şirkətlər arqument ortaya qoyurlar ki qiymət artımı təxminən 60, 70 qəpik civarında olmalıdır. Çünki mövcud tələblər, şərtlər bunu deməyə əsas verir, yəni onlar hesablayırlar ki, Bakı şəhərində bir sərnişinin daşınma xərci təxminən elə bu qiymətə gəlib çıxır. Dövlət tərəfindən bu məsələlərə tənzimləndiyi üçün o qədər də böyük bir artma gedilmədi, 10 qəpik civarında belə bir artım oldu”.

“Bakı-Sumqayıt marşrutu ilə bağlı artım məsələsinə gəldikdə, indiyə qədər düzünə qalsa yəni Bakı-Sumqayıt arasında normal ictimai nəqliyyat olmayıb” – deyə ekspert əlavə edib:

“Son dövrlərə qədər belə orada ictimai nəqliyyat adında cəmi 5 avtobus var idi, o da günün müəyyən saatlarında xəttə olmurdu. Bakı-Sumqayıt arasında sərnişinlərin dövriyyəsinə nəzər saldıqda görürük ki, bu istiqamətdə hərəkət edənlərin 70 faizi “manatlıq taksi” mikroavtobuslar və özəl maşınlarla hərəkət edirlər. Onların da daşınma xərci təxmini 2 manata yaxındır. İndi isə Bakı-Sumqayıt arası sərnişin daşıma 70 qəpik olaraq müəyyənləşib.

E.Muradlının sözlərinə görə, Bakı Metropoliteni illərlə zərərlə işləyirdi.

“Hazırda 27 stansiyamız var, ancaq stansiyaların sayı 60-a çatmalıdır. Xərclər artıqca gedişhaqqı məsələsi də hansısa formada tənzimlənir”.

Paylaş:
455

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər