Ədliyyə naziri Qusarda vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Fərid Əhmədov 22 iyul 2024-cü il tarixində Qusar rayonunda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayon sakinlərini qəbul edəcək.
1news.az xəbər verir ki, Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı 20 iyul tarixinədək Xaçmaz regional ədliyyə idarəsinə (ünvan: Xaçmaz şəhəri, H. Əliyev prospekti 17, əlaqə telefonu +994 2332 5-18-88) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin 012-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilər.
Həmçinin, vətəndaşların Nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanı var.
Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini də təqdim etmələri xahiş olunur. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.