Azərbaycan və Kamerun Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycan və Kamerun Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

Qafar Ağayev11:21 - 05 / 07 / 2024
Azərbaycan və Kamerun Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Kamerun Gimnastika Federasiyaları arasında gimnastikanın inkişafı və təbliği məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Gimnastika Federasiyasından 1news.az-a verilən məlumata görə, sənəd qurumun hüquqşünası Tural Alıyev və Kamerun Gimnastika Federasiyasının prezidenti Yekel Enni Flor tərəfindən imzalanıb.

Bu əməkdaşlığın federasiyalararası təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Paylaş:
818

Son xəbərlər

Bütün xəbərlər