Son iki ildə bağçalarda imtahanla işə qəbul olunan tərbiyəçi-müəllimlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Son iki ildə bağçalarda imtahanla işə qəbul olunan tərbiyəçi-müəllimlərin sayı açıqlanıb

Qafar Ağayev12:11 - 09 / 07 / 2024
Son iki ildə bağçalarda imtahanla işə qəbul olunan tərbiyəçi-müəllimlərin sayı açıqlanıb

“Son iki ildə mərkəzləşdirilmiş imtahan nəticəsində 600-ə yaxın tərbiyəçi-müəllim işə qəbul edilib”.

1news.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov deyib.

“2023-cü ildən başlayaraq tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə 2 dəfə imtahan keçirilib. Cari ildə məktəbəqədər təsil müəssisəsinin müdiri vakansiyası üçün mərkəzləşdirilmiş qaydada imtahan təşkil edilib.Test imtahanı mərhələsindən uğurla keçən 177 nəfər müsahibəyə dəvət edilib. Son iki ildə isə 600-ə yaxıntərbiyəçi-müəllim mərkəzləşdirilmiş imtahan nəticəsində işə qəbul olunub. Onlarıdan 296 nəfəri məhz Agentliyin fəaliyyəti dövründə işə qəbul edilib”, deyə O.Abbasov əlavə edib.

Paylaş:
182

Son xəbərlər

Bütün xəbərlər