Bu ilin altı ayı ərzində narkotik alverinə görə məsuliyyətə cəlb edilənlərin sayı açıqlandı
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3881 nəfər cəlb edilib.
1news.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
Məsuliyyətə cəlb olunanlardan bir nəfər 16-18, 295 nəfər 18-25, 621 nəfər isə 26-29 yaşlı vətəndaşlardır. 30 yaş və ondan yuxarı isə 2964 nəfər təşkil edir. Həmin şəxslərdən 3758-i kişi, 123-ü qadındır.
Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 38 nəfəri isə xarici ölkə vətəndaşıdır. Onlardan ümumilikdə 103 kq 676,1 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.
247