Azərbaycan gimnastları beynəlxalq turnirdə daha iki medal qazanıblar | 1news.az | Xəbərlər
İdman

Azərbaycan gimnastları beynəlxalq turnirdə daha iki medal qazanıblar

Qafar Ağayev12:31 - 15 / 07 / 2024
Azərbaycan gimnastları beynəlxalq turnirdə daha iki medal qazanıblar

Azərbaycan idmançıları Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” turnirində daha iki medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, yığmanın heyətində Ömər Qasımlı qızıl, Əli Niftəliyev isə gümüş mükafata sahib çıxıblar.

Onların hər biri batut gimnastikası üzrə hərəkətlərin icrasında buna nail olublar.

Paylaş:
1251

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər