Şuşada poeziya bayramında “Füzuli hücrələri” - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Şuşada poeziya bayramında “Füzuli hücrələri” - FOTO

Qafar Ağayev16:35 - 18 / 07 / 2024
Şuşada poeziya bayramında “Füzuli hücrələri” - FOTO

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə iyulun 18-də Şuşada başlanan Vaqif Poeziya Günləri açılış mərasimindən sonra rəngarəng tədbirlərlə davam edir.

1news.az xəbər verir ki, həmin gün Xurşidbanu Natəvanın evinin qarşısında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494–1556) 530 illiyinə həsr olunan "Füzuli hücrələri" adlı teatral kompozisiya təqdim edilib.
Füzulinin əsərləri əsasında hazırlanan kompozisiyadan əvvəl çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Məhəmməd Füzulinin yaradıcılığı haqqında söz açıb. Mütəfəkkir şairin anadilli poeziyanın inkişafına verdiyi mühüm töhfələrdən bəhs edib.
Kompozisiya barədə danışan İlqar Fəhmi söyləyib ki, bədii-musiqili nümunədə Məhəmməd Füzulinin "Bəngü-badə", "Leyli və Məcnun", "Səhhət və Mərəz", "Rindü Zahid" və s. əsərlərindən istifadə olunub.
Tamaşaçıların böyük marağına səbəb olan kompozisiyanın ssenari müəllifi İlqar Fəhmi, quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.
Kompozisiyada Şuşa Dövlət Musiqili Dram, Dövlət Pantomima, Dövlət Yuğ Teatrından Əməkdar artistlər Nazir Rüstəmov, Azad Şükürov, Bəhruz Vaqifoğlu, Teymur Məmmədov, Qasım Nağı, həmçinin Orxan Abışov, Püstəxanım Zeynalova, Jalə Novruz, Zəhra Salayeva, Sürahi Əliməmmədova, Nurlan Rüstəmov, Cavad Nuriyev, Elnur İsmayılov, Nihat Heybətovla yanaşı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri də iştirak ediblər.

Paylaş:
912

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər