Oğuzda üzərinə ağac düşən 36 yaşlı kişi xəstəxanada vəfat edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğuzda üzərinə ağac düşən 36 yaşlı kişi xəstəxanada vəfat edib - YENİLƏNİB

15:11 - 03 / 08 / 2024
Oğuzda üzərinə ağac düşən 36 yaşlı kişi xəstəxanada vəfat edib - YENİLƏNİB

Oğuzda üzərinə ağac düşən 36 yaşlı kişi həyatını itirib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, üzərinə ağac aşan Oğuz rayon sakini, 1988-ci il təvəllüdlü Fuad Bayramov xəstəxanada vəfat edib.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

13:27

Oğuz rayonunda 36 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Tayıflı kəndində meşəlik ərazidə baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Bayramov Fuad Valeh oğlu meşədə olarkən üzərinə ağac düşüb.

O, aldığı xəsarətlərdən komaya düşərək Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
574

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər