Ombudsmanın Ermənistan ərazisindən sonuncu azərbaycanlıların deportasiyasının ildönümü ilə bağlı müraciəti | 1news.az | Xəbərlər
Siyasət

Ombudsmanın Ermənistan ərazisindən sonuncu azərbaycanlıların deportasiyasının ildönümü ilə bağlı müraciəti

15:17 - 08 / 08 / 2024
Ombudsmanın Ermənistan ərazisindən sonuncu azərbaycanlıların deportasiyasının ildönümü ilə bağlı müraciəti

Bu gün indiki Ermənistan ərazisindən sonuncu azərbaycanlıların qovulmasından 33 il ötür.

1news.az xəbər verir ki, bu barədə Ermənistan ərazisindən sonuncu azərbaycanlıların deportasiyasının ildönümü ilə bağlı Ombudsman Səbinə Əliyevanın müraciətində deyilir.

"Tarixin müxtəlif dövrlərində, xüsusilə ötən əsrdə yüz minlərlə soydaşlarımız indiki Ermənistan ərazisindən etnik mənsubiyyətinə görə didərgin salınıb, insanlıq əleyhinə və müharibə cinayətlərinin qurbanına çevrilərək amansızcasına qətlə yetirilib, müxtəlif ağır xəsarətlər almış, həmçinin əsir və itkin düşmüş, girov götürülüb.

Ermənistanın həyata keçirdiyi etnik təmizləmə və nifrət siyasəti nəticəsində azərbaycanlıların fundamental insan hüquq və azadlıqları kobud şəkildə pozulub.

Azərbaycan Ombudsmanı Ermənistanın azərbaycanlılara qarşı törətmiş olduğu nifrət cinayətləri və nifrət nitqlərinə dair xüsusi hesabatlar və videomaterial hazırlayaraq aidiyyəti beynəlxalq təşkilatlara təqdim edib.

Beynəlxalq ictimaiyyət indiki Ermənistan ərazisindən deportasiyaya məruz qalmış azərbaycanlıların geri qayıtmaq hüququnun təmini, həmin şəxslərin öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışına şərait yaradılması istiqamətində zəruri tədbirlər görməli, bu tarixi ədalətsizliyin aradan qaldırılması üçün həmin ölkəyə ciddi təzyiq göstərməlidir", - o qeyd edib.

Paylaş:
371

Son xəbərlər

Nəsimidə körpünün üstünə qəzaya görə hərəkətə məhdudiyyət qoyuldu - FOTOBu gün, 17:47Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olubBu gün, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşulduBu gün, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİBBu gün, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıbBu gün, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandıBu gün, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?Bu gün, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edibBu gün, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edibBu gün, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam veribBu gün, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edibBu gün, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edibBu gün, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olubBu gün, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olubBu gün, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olubBu gün, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçiriliribBu gün, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilibBu gün, 15:59İqlim qəhrəmanları - FOTOBu gün, 15:56Sahibkarların KOB evlərinə müraciətləri və marağı artırBu gün, 15:50
Bütün xəbərlər