Elşad Eyvazlı: “Jurnalistlərimiz seçkilər üzrə dezinformasiyanın qarşısının alınmasında fəal olmalıdırlar” | 1news.az | Xəbərlər
Müsahibə

Elşad Eyvazlı: “Jurnalistlərimiz seçkilər üzrə dezinformasiyanın qarşısının alınmasında fəal olmalıdırlar”

15:02 - 20 / 08 / 2024
Elşad Eyvazlı: “Jurnalistlərimiz seçkilər üzrə dezinformasiyanın qarşısının alınmasında fəal olmalıdırlar”

Parlament Jurnalistlər Birliyinin sədri, “Modern.az” saytının təsisçisi, Əməkdar jurnalist Elşad Eyvazlı“Seçki 2024” Müstəqil Media Mərkəzinin suallarını cavablandırıb.

1news.az Elşad Eyvazlının müsahibəsini təqdim edir:

- Azərbaycanda sentyabrın 1-nə təyin edilmiş parlament seçkilərini fərqləndirən məqamlar nələrdir?

- İndiki seçki Azərbaycan müstəqilliyini bərpa etdikdən bu günə qədər ölkəmizdə keçirilən bütün parlament seçkilərindən fərqlənir. Çünki Azərbaycanın ərazi bütövlüyü çərçivəsində keçiriləcək seçki kimi tarixdə qalacaq. Təbii ki, bütün seçkilər tarixi prosesdir, amma bu seçkilərin Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti daha çoxdur.

Maraqlı məqamlardan biri də odur ki, bundan əvvəlki seçkilərdə deputatlığa namizədlərin əksəriyyətinin platformalarında Qarabağ məsələsi xüsusi yer alırdı. Deputatlığa namizədlər öz platformalarında torpaqlarımızın işğaldan azad olunması mövzusuna dair fikirlərini açıqlayırdılar. Amma indiki namizədlərin əksəriyyətinin seçki platformasına baxanda orada Qərbi Azərbaycana xüsusi diqqət ayrılır. Deputatlığa namizədlər Qərbi Azərbaycana qayıdışımızla bağlı fikirlər irəli sürürlər. Burada hansısa ərazi iddiası yoxdur, sadəcə sülh yolu ilə tarixi torpaqlarımızda yaşamaq hüququmuzu öz platformalarında qabardırlar. Bu da onu göstərir ki, Azərbaycanda deputatlığa namizədlər sülh çağırışı edirlər.

Fərqli tərəflərdən biri də əvvəlki seçkilərlə müqayisədə daha çox yeni simanın ortaya çıxmasıdır. Yeni simaların ortaya çıxması təsadüfi deyil, bu da bir sosial sifarişdir. Dünyada gedən bütün proseslər, həm də Azərbaycanda gedir. Dünyada yeni yanaşma var, yeni istək var, texnoloji inkişaf var, şüurlarda, düşüncələrdə, fikirlərdə, dünyagörüşlərdə dəyişiklik var. Bu dəyişiklik təbii ki, yeni simaların ortaya çıxmasına bir sosial sifariş edir.

- Media nümayəndələrinin seçkilərdə fəaliyyətini necə dəyərləndirirsiniz? Deputatlığa namizəd olan və olmayan jurnalistlərimiz hansı məqamlara diqqət etməlidirlər?

- Növbədənkənar parlament seçkilərində bir sıra dairələrdə namizədlər arasında jurnalistlər də yer alıb. Eyni zamanda namizədlər arasında qeyri-hökumət təşkilarının nümayəndələri də var. Həm media nümayəndələrinin, həm də qeyri-hökumət təşkilatlarının nümayəndələrinin namizəd olması onu göstərir ki, Azərbaycanda bu sahələrə diqqət var. Həm media, həm də QHT nümayəndələri özlərini millət vəkili kimi görmək istəyirlər. Bu, o deməkdir ki, artıq bu sahələrin inkişafı var. Media və QHT-lər ictimai nəzarət funksiyasını öz üzərinə götürən sahələrdir.

Hansı məqamlara diqqət etməli olduqlarına gəlincə, jurnalistlər, media birmənalı şəkildə tərəfsiz olmalı, jurnalist etik kodeksinə uyğun olaraq hansısa namizəd barəsində qeyri-etik məqamlara, yalan informasiyalara, qaralama kampaniyalarına yol verməməlidir. Parlament seçkiləri sosial şəbəkələrin televiziyaları, radioları, saytları və qəzetləri üstələdiyi bir dövrə təsadüf edir. Reallıq odur ki, namizədlər öz təşviqat kampaniyalarında sosial şəbəkələrdən daha çox istifadə edirlər.

Azərbaycandakı seçkilər xarici ölkələrin, beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Buna görə də Azərbaycan jurnalistləri xarici medialara da diqqətlə yanaşmalıdırlar. Bəzi ölkələr var ki, bizim daxili işlərimizə, seçki prosesimizə müdaxilə etməyə cəhd edir. Ona görə seçkilər ərəfəsində jurnalistlərimiz ölkəmizə qarşı dezinformasiyanın qarşısının alınmasında da fəal olmalıdırlar. Bəzi ölkələr Vətən müharibəsindən sonra Azərbaycana qarşı sanki düşmən mövqeyindədir, onlara görə Azərbaycan öz torpaqlarını işğöaldan azad etməməli idi. Həmin ölkələr, onların media qurumları Azərbaycanda keçiriləcək seçkilərə kölgə salmaq istiqamətində fəaliyyət göstərirlər. Ona görə də Azərbaycan mediası bu məsələdə diqqətli olmalı, ölkəmizə qarşı qərəzli mövqe sərgiləyənlərə cavab verməlidir.

Paylaş:
1290

Son xəbərlər

Siyasi partiyalarla əlaqədar Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib07 / 09 / 2024, 18:19Şirvanda qəza olub, iki nəfər yaralanıb07 / 09 / 2024, 17:54Qəzzada ölənlərin sayı 41 minə çatır07 / 09 / 2024, 17:26Masallıda 13 yaşlı sərnişin yol qəzasında ölüb07 / 09 / 2024, 16:58Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb07 / 09 / 2024, 16:32Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib07 / 09 / 2024, 16:27Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib07 / 09 / 2024, 15:59Azərbaycanda dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək07 / 09 / 2024, 15:38Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu təbrik edib07 / 09 / 2024, 15:0527 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb07 / 09 / 2024, 14:44Arvadını təhdid edən kişi 15 sutkalıq həbs edildi07 / 09 / 2024, 14:22FHN: Ötən sutka ərzində 13 nəfər xilas edilib07 / 09 / 2024, 13:47Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edib07 / 09 / 2024, 13:26Azərbaycanın amfibiya təyyarəsi İzmir-Berqama istiqamətində meşə yanğınlarına cəlb olunub07 / 09 / 2024, 12:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri07 / 09 / 2024, 12:43Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb07 / 09 / 2024, 12:30Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk07 / 09 / 2024, 12:21Azərbaycan nefti ucuzlaşıb07 / 09 / 2024, 12:05İlham Əliyev Braziliya liderini təbrik edib07 / 09 / 2024, 12:01Sabahın hava proqnozu07 / 09 / 2024, 11:41
Bütün xəbərlər