İcma: Qərb dairələrinin Oskanyan kimilərlə təmasları Azərbaycan əleyhinə yeni gərginlik mənbəyi yaratmağa xidmət edir | 1news.az | Xəbərlər
Cəmiyyət

İcma: Qərb dairələrinin Oskanyan kimilərlə təmasları Azərbaycan əleyhinə yeni gərginlik mənbəyi yaratmağa xidmət edir

11:25 - 22 / 08 / 2024
İcma: Qərb dairələrinin Oskanyan kimilərlə təmasları Azərbaycan əleyhinə yeni gərginlik mənbəyi yaratmağa xidmət edir

Son dövrlər bir sıra Qərb dairələri, o cümlədən Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Toyvo Klaar tarixin zibil yeşiyinə göndərilmiş separatçı meyilləri yenidən dirçəltməyə çalışan ünsürlərlə təmaslarını aktivləşdiriblər.

1news.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Bəyanatda, həmçinin deyilir: “Yayılmış məlumatlara görə, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bu yaxınlarda Toyvo Klaar və bəzi digər Qərb dairələri ilə görüşlər keçirib. Xatırladaq ki, Oskanyan uydurma “dağlıq qarabağ respublikasının” mövcud olmayan “parlamenti” tərəfindən Azərbaycanın ərazi bütövlüyü əleyhinə fəaliyyət üçün yaradılmış hansısa “komissiya”ya sədrlik edir. Qərb dairələrinin Oskanyan kimilərlə təmasları siyasi riyakarlığın bariz nümunəsi olmaqla, Azərbaycan əleyhinə yeni gərginlik mənbəyi yaratmağa xidmət edir.

Necə olur ki, Toyvo Klaar Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə qarşı çıxmayan Qərbi Azərbaycan İcması ilə təmaslardan qaçır, amma Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü açıq-aşkar təhdid edən, Xocalı qatili, irqçi Robert Köçəryanın xarici işlər naziri olmuş, reallıqdan tamamən uzaq düşmüş, populist Vardan Oskanyan ilə görüşür?

Toyvo Klaar kimilərin biz Qərbi azərbaycanlıların qayıdış hüququnu danması, bu hüququn yalnız ermənilərə aid olmasını iddia etməsi gecə-gündüz “demokratiya”dan, “insan hüquqları”ndan danışanların, əslində, məsələlərə dini və etnik təəssübkeşlik prizmasından yanaşmasını sübut edir.

Militarist gündəliyə malik uydurma “qurumlar”ın, Vardan Oskanyan ağılda olanların başçılıq etdiyi hansısa “komissiya”nın Ermənistan ərazisində rahat fəaliyyət göstərməsi sürətlə silahlanan bu ölkənin Azərbaycanla sülhdə maraqlı olmadığını və revanşizm mövqeyindən çıxış etdiyini göstərir.

Ermənistan sözdə sülhdən danışıb reallıqda isə Okampo və Oskanyan kimi ünsürlərlə işləyib vəziyyəti gərginləşdirən xəttindən əl çəkməlidir”.

Paylaş:
120

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər