Çinin Sinxua agentliyi Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərindən yazıb
Çinin məşhur Sinxua agentliyi Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri haqqında material dərc edib.
1news.az “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, “Azərbaycan sentyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlaşır” sərlövhəli yazıda qeyd edilib ki, Azərbaycan seçki prosesinin şəffaflığını təmin etmək üçün bir çox ölkədən beynəlxalq müşahidəçilər dəvət edib.
Materialda bildirilib ki, parlament seçkilərinin növbədənkənar keçirilməsinə səbəb bu ilin noyabrında Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi olub.
Məqalədə həmçinin Azərbaycan parlamentinin tarixi, strukturunun formalaşması, seçkiləri izləyəcək yerli müşahidəçilər, beynəlxalq təşkilatlar barədə məlumat verilib. Müəlliflər hazırda seçkiqabağı təşviqat aparıldığını, avqustun 31-də isə “sükut günü” olacağını oxucuların diqqətinə çatdırıblar.
Məqalə ilə daha ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz:
Link: Azerbaijan gears up for snap parliamentary elections on Sept. 1-Xinhua (news.cn)