COP29 könüllüləri “Eco Enacthon” layihəsində iştirak ediblər | 1news.az | Xəbərlər
Cəmiyyət

COP29 könüllüləri “Eco Enacthon” layihəsində iştirak ediblər

Qafar Ağayev11:14 - 31 / 08 / 2024
COP29 könüllüləri “Eco Enacthon” layihəsində iştirak ediblər

COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə COP29 könüllüləri üçün “Eco Enacthon” layihəsi baş tutub. İki gün davam edən bu interaktiv layihədə könüllülər aktual ekoloji problemlərin həlli istiqamətində orijinal və innovativ layihələrin hazırlanması ətrafında bir araya gəliblər.

Əməliyyat Şirkətindən 1news.az-a verilən xəbərə görə, 29-30 avqust tarixlərində Heydər Əliyev Mərkəzində keçirilən tədbirin ilk günündə COP29 könüllüləri ixtisaslaşmış ekspertlər tərəfindən iqlim dəyişmələri və dayanıqlılıq, tullantıların idarəedilməsi və çeşidlənməsi kimi müxtəlif ekoloji mövzularda, eyni zamanda dayanıqlı biznes ideyalarının təkmilləşdirilməsi, məhsul brendlərinin yaradılması və idarəedilməsi kimi praktiki mövzularda təlimlərdə iştirak ediblər.

Əldə edilən nəzəri və praktiki biliklər proqramın ikinci günündə təşkil olunan ekoloji layihə müsabiqədə öz tətbiqini tapıb. Belə ki, “Eco Enacthon” yarışının qaydalarına əsasən, bir neçə komandaya bölünən könülüllər gün ərzində verilən tapşırıq və mövzular üzrə öz layihələrini inkişaf etdirərək münsiflər heyəti qarşısında təqdim ediblər. Komanda ruhunu möhkəmləndirən və birgə səylərin vacibliyini bir daha nümayiş etdirən “Eco Enacthon” çərçivəsində könüllülər dayanıqlı enerji həllərindən innovativ tullantıların idarəolunması təşəbbüslərinə qədər müxtəlif sahələri əhatə edə biliblər. Nəticədə, ən kreativ yanaşma ilə işlənilən və daha çox aktuallıq kəsb edən layihələr münsiflər heyəti tərəfindən qalib elan edilib, müvafiq komanda üzvlərinə mükafatlar təqdim olunub.

İqlim dəyişmələrinin təsirlərinin qarşısının alınmasında gənclərdə innovativ düşüncənin təşviqi və mövcud problemlərə fərqli yanaşmanın stimullaşdırılmasına, aktiv və təşəbbüskar gənclərin potensialının dəstəklənməsinə xidmət edən bu layihə könüllülərə öz ideyalarının daha sərbəst ifadə edilməsi və tətbiqi, bunun üçün müvafiq sahələrdən olan ekspertlərdən dəyərli mentor məsləhətlərinin alınması üçün platformanı təmin edib.

Paylaş:
187

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər