Cəlilabadda iki avtomobil toqquşub, xəsarət alanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda iki avtomobil toqquşub, xəsarət alanlar var

1news Redaksiyası14:25 - Bu gün
Cəlilabadda iki avtomobil toqquşub, xəsarət alanlar var

Cəlilabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Abdullu kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı "VAZ-21099" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində bir neçə nəfərin ağır xəsarət aldığı bildirilir. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər