Nigar Arpadarai: Qadın sahibkarlar üçün xüsusi dəstək mexanizmləri yaradılmalıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Nigar Arpadarai: Qadın sahibkarlar üçün xüsusi dəstək mexanizmləri yaradılmalıdır

Qafar Ağayev12:36 - Bu gün
Nigar Arpadarai: Qadın sahibkarlar üçün xüsusi dəstək mexanizmləri yaradılmalıdır

“Qadınların gələcəyin əmək bazarına hazırlanması, yaşıl bacarıqlarının inkişaf etdirilməsi və rəhbərlik etdikləri bizneslərin təşviqi üçün xüsusi dəstək mexanizmlərinə ehtiyac var”.

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Arpadarai "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, cəmiyyətdə qadınların əsasən təhsil və səhiyyə sahələrində çalışmalı, mühəndislik və texnologiya sahələrinin isə onlara uyğun olmadığı barədə stereotiplər mövcuddur.

Deputatın sözlərinə görə, bu yanaşma dəyişməlidir, çünki yaşıl bacarıqlar gələcəkdə bir çox peşələr üçün vacib olacaq.

"Texnologiyaların, xüsusilə süni intellektin inkişafı əmək bazarında ciddi dəyişikliklərə səbəb olacaq. Buna görə də gənclərimiz yeni tələblərə uyğun bacarıqlar qazanmalıdırlar. Bu məsələ qadınlar üçün xüsusilə əhəmiyyətlidir, çünki əmək bazarında özlərinə yer tapmaq onlar üçün daha çətin ola bilər", - N.Arpadarai deyib.

O qeyd edib ki, qadınların rəhbərlik etdiyi bizneslərin və startapların təşviqi də əsas istiqamətlərdən biri olmalıdır.

Deputat vurğulayıb ki, qadınların biznesə başlaması və sahibkarlıq fəaliyyətini inkişaf etdirməsi üçün xüsusi dəstək mexanizmləri yaradılmalı, qadın startaplarına və sahibkarlıq təşəbbüslərinə məqsədyönlü maliyyə dəstəyi göstərilməlidir.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər