Formula-1 Azərbaycan Qran Prisi çərçivəsində tibbi xidmətlərin təşkili məqsədilə yüzdən çox tibb işçisi təhkim olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Formula-1 Azərbaycan Qran Prisi çərçivəsində tibbi xidmətlərin təşkili məqsədilə yüzdən çox tibb işçisi təhkim olunub

Qafar Ağayev16:22 - 10 / 09 / 2024
Formula-1 Azərbaycan Qran Prisi çərçivəsində tibbi xidmətlərin təşkili məqsədilə yüzdən çox tibb işçisi təhkim olunub

2024-cü il Formula-1 Azərbaycan Qran-Prisi günlərində zərurət yarandığı hallarda tibbi yardım göstərmək üçün 30-dan çox (ehtiyat briqadalarla birlikdə) təcili tibbi yardım avtomobili, ümumilikdə 132 tibb işçisi təhkim olunub.

1news.az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunan Formula-1 Azərbaycan Qran-Prisi günlərində zərurət yarandığı hallarda tibbi yardım göstərmək üçün təhkim olunan tabeli tibb müəssisələrinin tibb heyəti ilə görüşüb.

TƏBİB rəhbəri yarışlarda tibbi xidmət göstərəcək təcili tibbi yardım briqalarına baxış keçirib və proseslə yaxından tanış olub.

Yarış xətti boyunca iştirakçılara, Formula-1 çərçivəsində xidmət göstərən şəxslərə, eləcə də tamaşaçılara təcili və təxirəsalınmaz tibbi xidmətin tələb olunduğu hallarda, eyni zamanda yarışlar səbəbi ilə giriş-çıxışı məhdudlaşdırılmış ərazidə yaşayan əhali üçün təcili və təxirəsalınmaz tibbi yardım postları qurulub.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları Bakı şəhərində təşkil olunan 2024-cü il Formula-1 Azərbaycan Qran Prisi üzrə idman yarışlarının keçirildiyi hərəkət zolağı istiqamətində 12, idman yarışları zamanı yarışları izləyən tamaşaçılar üçün dənizkənarı bulvar boyu 6, Atletlər kəndində 2 və yarış zonasında məskunlaşan sakinlərin istifadə etdiyi ərazi üzrə isə 2 təcili tibbi yardım avtomobili olmaqla, ümumilikdə 132 tibb işçisindən ibarət təcili tibbi yardım briqadaları təhkim olunub.

Tədbirin keçirildiyi müddət ərzində təhkim olunan bütün tibb işçiləri 08:00-dan 00:00-a qədər növbəli xidmət göstərəcək.

12-15 sentyabr tarixlərində Bakı Kristal Zalda keçiriləcək tədbirdə isə 4 təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək.

Qeyd edək ki, TƏBİB 5 ildir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində uğurlu əməkdaşlıq edir.

Paylaş:
103

Son xəbərlər

Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06
Bütün xəbərlər