“Azərbaycan dünyada tolerantlıq nümunəsinə çevrilib” - Hicran Hüseynova | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan dünyada tolerantlıq nümunəsinə çevrilib” - Hicran Hüseynova

Qafar Ağayev11:32 - Bu gün
“Azərbaycan dünyada tolerantlıq nümunəsinə çevrilib” - Hicran Hüseynova

Azərbaycanın tolerantlıq və etnik müxtəliflik prinsiplərinə əsaslanan siyasəti ölkənin beynəlxalq miqyasda nümunə kimi tanınmasına töhfə verib.

1news.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, azərbaycançılıq ideyası ölkənin dünyaya təqdim etdiyi əsas dəyərlərdən biridir. Bu ideologiya mütərəqqi dünya dəyərlərini, tolerantlığı və etnik müxtəlifliyi özündə birləşdirir.

H.Hüseynovanın sözlərinə görə, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən müxtəlif səviyyəli tədbirlər Azərbaycanın regionda və dünyada tolerantlıq nümunəsi kimi tanınmasına şərait yaradıb:

"Bu gün qloballaşan və müxtəlif çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz dövlətçiliyimizin ən güclü təməlidir. Dövlətçiliyimizin möhkəm ideoloji əsasları var və azərbaycançılıq məfkurəsi bu əsasların başlıca dayaqlarından biridir. Təsadüfi deyil ki, ölkəmizdə bu sahədə görülən işlər və əldə olunan nailiyyətlər müxtəlif dövlətlər və aparıcı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir".

Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər