Hicran Hüseynova: Azərbaycançılıq məfkurəsi uğurlarımızın təməlində dayanan fəlsəfədir | 1news.az | Xəbərlər
Cəmiyyət

Hicran Hüseynova: Azərbaycançılıq məfkurəsi uğurlarımızın təməlində dayanan fəlsəfədir

Qafar Ağayev11:23 - Bu gün
Hicran Hüseynova: Azərbaycançılıq məfkurəsi uğurlarımızın təməlində dayanan fəlsəfədir

“Azərbaycançılıq məfkurəsi xalqımızın tarixi sərvəti və dövlətçiliyimizin möhkəm ideoloji dayağıdır”.

1news.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəsmi sosial media hesablarında Azərbaycançılıq ənənələrinə həsr olunmuş video müraciət paylaşması cəmiyyət üçün mühüm və düşündürücü mesajdır.

H.Hüseynova qeyd edib ki, dövlət başçısının vurğuladığı kimi, azərbaycançılıq məfkurəsi ölkənin bütün uğurlarının təməlində dayanan fəlsəfədir:

"Bu, sadəcə bir fikir deyil. Azərbaycançılıq xalqımızın böyük əzab və əziyyətlər bahasına əldə etdiyi tarixi sərvətdir. Ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyev azərbaycançılıq ideologiyasının formalaşmasında və inkişafında misilsiz xidmətlər göstərib. Ulu öndər bu ideologiyanın əsas prinsiplərinin dövlətçilik və milli vətənpərvərlikdən ibarət olduğunu dəfələrlə vurğulayıb".

Komitə sədri əlavə edib ki, Azərbaycan azərbaycançılıq ideyası ilə özünü dünyaya tanıdır, mütərəqqi dünya dəyərlərini və milli vətənpərvərliyi təbliğ edir.

Paylaş:
29

Son xəbərlər

Bütün xəbərlər