Sevinc Fətəliyeva: “Ermənistan hakimiyyəti sülhə maraqlı olmadığını nümayiş etdirir” | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: “Ermənistan hakimiyyəti sülhə maraqlı olmadığını nümayiş etdirir”

Qafar Ağayev14:30 - 11 / 09 / 2024
Sevinc Fətəliyeva: “Ermənistan hakimiyyəti sülhə maraqlı olmadığını nümayiş etdirir”

“Azərbaycanın 44 günlük müharibənin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq yaratdığı reallıqlar Cənubi Qafqaz coğrafiyasında uzunmüddətli sabitlik, sülh və əməkdaşlıq üçün real zəmin yaradıb”.

Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parıamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

O, bildirib ki, açılan fürsət pəncərələrini dəyərləndirməklə və imkanlardan səmərəli istifadə etməklə Azərbaycanla Ermənistan arasında başlayan tənzimləmə prosesini sürətləndirmək və məntiqi sonluğa çatdırmaq, beləliklə də, qarşılıqlı etimad mühiti formalaşdırmaq mümkündür.

“Qalib Azərbaycanda belə bir iradə var. Ölkəmiz bir qayda olaraq sülhə sadiqlik nümayiş etdirir və daim yeni təşəbbüslər irəli sürür. Lakin eyni fikirləri məğlub Ermənistan barəsində demək mümkün deyil”.

Deputat qeyd edib ki, revanşizm mövqeyi sərgiləyən, Fransa, Hindistan, İran, ABŞ kimi dövlətlərdən öldürücü silahlar tədarük edən bu ölkə yeni müharibə hazırlıqları görür.

“Aydın şəkildə başa düşülür ki, Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandasında yer alan digər rəsmilər sözdə sülhə hazır olduqlarını bildirsələr də, reallıqda prosesləri manipulyasiya predmetinə çeviriblər. Ermənistanın sülh prosesində səmimi olmadığını baş nazir Nikol Paşinyanın İrəvan Dialoq Forumunun açılışında səsləndirdiyi fikirlər bir daha təsdiqləyir. Paşinyan iddia edib ki, sülh müqaviləsinin 80 faizi artıq razılaşdırılıb, o cümlədən 13 maddə və iki maddə qismən razılaşdırılıb - onların hər biri iki cümlədən ibarətdir. Baş nazir sazişin razılaşdırılmış hissələrini imzalamağı və qalan bəndlər üzrə işi davam etdirməyi təklif edir. Erməni baş nazirin dedikləri real vəziyyətlə hər hansı bir bağlılığı olmayan absurd iddialardır. Ermənistan rəsmiləri otuz il ərzində işğalçılıq siyasətindən əl çəkməyən, regionu təhdidlərlə, müharibə riskləri ilə üz-üzə qoyan Ermənistanı indi dünyaya sülhpərvər qiyafədə təqdim etməyə çalışırlar. Halbuki, bu belə deyil”.

Millət vəkilinin sözlərinə görə, rəsmi Bakının bəyan etdiyi kimi, Paşınyanın həmin fikirləri “sülh sazişi” layihəsi, həm də ümumilikdə 10 noyabr tarixli üçtərəfli Bəyanat ilə bağlı səsləndirdiyi iddialar reallıqların açıq-aşkar təhrif olunmasıdır.

“Ermənistan rəsmilərinin “sülh sazişi” layihəsini razılaşdırılmamış müddəalar çıxarılmaqla imzalanması çağırışı, bununla ikitərəfli münasibətlərdə mövcud problemlərin həllini növbəti mərhələyə saxlamaq cəhdləri qəbuledilməzdir. Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit olunmuş Azərbaycana qarşı ərazi iddialarına son qoyulmasıdır. Paşinyanın guya Azərbaycanın Müstəqillik haqqında Konstitusiya Aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə iddialara gəldikdə isə, Azərbaycan Konstitusiyası ilə Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi heç bir nəticə verməyəcək. Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci ildə qəbul olunmuş Müstəqillik haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil”.

“N.Paşinyan çıxışında regionda kommunikasiyaların açılması, hərbi əsirlər və digər məsələlərlə haqqında da absurd iddialar səsləndirib. Kommunikasiyaların açılması 10 noyabr üçtərəfli bəyanatına əsasən Ermənistanın üzərinə götürdüyü öhdəlikdir və sənəddə konkret müddəalar göstərilib. Lakin rəsmi İrəvan hələ də bu öhdəliyi yerinə yetirmir. Bundan əlavə, Ermənistan müharibə cinayətləri törətmiş separatçıların azad olunmasını istəyirsə, bu baş verməyəcək. Onlar törətdikləri cinayətlərə görə cavab verəcəklər. Həmin cinayətkarları “hərbi əsir” kimi təqdim etmək cəhdi qəbulolunmazdır. Göründüyü kimi, belə yanaşmaları ilə Ermənistan hakimiyyəti sülhə maraqlı olmadığını nümayiş etdirir. Bu halda, bölgədə yeni gərginliklər baş verə bilər ki, bu da ilk növbədə İrəvan üçün ciddi problemlər yaradacaq. Ona görə də, Ermənistanın Azərbaycanın beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan şərtlərinə əməl edərək sülh sazişini imzalamalıdır”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.

Paylaş:
259

Son xəbərlər

Nəsimi rayonunda saxlanılan 3 nəfərdən 8 kiloqram narkotik vasitə aşkarlanıb15 / 10 / 2024, 17:43DİM: PMS imtahanını verəcək namizədlər buraxılış vərəqələrini çap edə bilərlər15 / 10 / 2024, 17:20Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ15 / 10 / 2024, 16:54Laçında tramvay xətti çəkiləcək15 / 10 / 2024, 16:25Agro Dairy ilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb - FOTO15 / 10 / 2024, 16:01Bakıda küçədə əl qumbarası və avtomat aşkarlanıb15 / 10 / 2024, 15:50Ağdaşda kanaldan meyit tapılıb15 / 10 / 2024, 15:31Bu ilin yanvar-avqust ayları ərzində evlənənlərin sayı azalıb15 / 10 / 2024, 15:16Bu ilin səkkiz ayı ərzində ölkədə ölənlərin sayı açıqlanıb15 / 10 / 2024, 13:49Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Rumıniya və Lüksemburqa təhvil verib15 / 10 / 2024, 13:32Ötən səkkiz ayda Azərbaycanda doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlanıb15 / 10 / 2024, 13:21Azərbaycan əhalisinin sayı açıqlanıb15 / 10 / 2024, 13:02Sabahın hava proqnozu15 / 10 / 2024, 12:45DİN: Ötən gün 8,7 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb15 / 10 / 2024, 12:22Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələrini açıqladı15 / 10 / 2024, 12:06Bu gün görkəmli kinorejissor Hüseyn Seyidzadənin doğum günüdür15 / 10 / 2024, 11:46Hacıqabulda suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir15 / 10 / 2024, 11:19FHN: Ötən sutka 11 nəfər xilas edilib15 / 10 / 2024, 10:52Azərbaycan nefti ucuzlaşıb15 / 10 / 2024, 10:35Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb15 / 10 / 2024, 10:10
Bütün xəbərlər