Azərbaycan və Çin Orta Dəhlizlə yükdaşımaları artırmaq üçün əməkdaşlığı genişləndirir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan və Çin Orta Dəhlizlə yükdaşımaları artırmaq üçün əməkdaşlığı genişləndirir

Qafar Ağayev10:06 - 19 / 09 / 2024
Azərbaycan və Çin Orta Dəhlizlə yükdaşımaları artırmaq üçün əməkdaşlığı genişləndirir

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “China Railway Container Transport Corp. Ltd.” (CRCT – Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyası) şirkətinin prezidenti Yanq Binin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az xəbər verir ki, görüşdə Azərbaycan və Çin Xalq Respublikası arasında dəmir yolu və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən Orta Dəhliz vasitəsilə yükdaşımaların artırılması mövzusunda geniş müzakirələr aparılıb.

Tərəflər CRCT-nin Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yollarının “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulması barədə fikir mübadiləsi aparıb, bu əlamətdar hadisənin 19-20 sentyabrda Sianda keçiriləcək VIII Beynəlxalq İpək Yolu Sərgisi çərçivəsində baş tutacağını elan edib.

Görüşdə Orta Dəhlizin inkişafı istiqamətində son dövrdə görülən əsaslı işlər nəticəsində Çindən konteyner blok qatarların hərkətinin bərpa edildiyi və 2024-cü ilin əvvəlindən Çin limanlarından Azərbaycana 212 konteyner blok-qatarın göndərildiyi qeyd olunub. Konteynerlərin Bakı limanına çatdırılma müddətinin 8-10 gün, Qara dəniz limanlarına isə 10-12 gün təşkil etməsi görülən tədbirlərin uğurlu nəticəsi kimi vurğulanıb.

Çin tərəfi qeyd olunan göstəricilərdən məmnunluğunu ifadə edərək CRTC-nin “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmaqla Orta Dəhlizlə daşınan yük həcminin artırılmasına töhfə verəcəyini bildirib.

Görüşdə, həmçinin 19-20 sentyabr tarixlərində Bakıda ADY-nin təşəbbüsü ilə Çin, Orta Asiya və Avropa dəmir yolları operatorlarının iştirakı ilə yeni “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təsisi ilə bağlı müzakirələrin aparılacağı bildirilib. Müzakirələrin əsas mövzusunun bu assosiasiya çərçivəsində əməkdaşlıq vasitəsilə Orta Dəhlizin cənub qanadının inkişaf etdirilməsi və Çin-Orta Asiya-Avropa və əks istiqamətdə səmərəli, sürətli, təhlükəsiz və strukturlaşdırılmış yükdaşıma əməliyyatlarının təmin edilməsinin olacağı qeyd olunub.

Paylaş:
131

Son xəbərlər

Nəsimi rayonunda saxlanılan 3 nəfərdən 8 kiloqram narkotik vasitə aşkarlanıb15 / 10 / 2024, 17:43DİM: PMS imtahanını verəcək namizədlər buraxılış vərəqələrini çap edə bilərlər15 / 10 / 2024, 17:20Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ15 / 10 / 2024, 16:54Laçında tramvay xətti çəkiləcək15 / 10 / 2024, 16:25Agro Dairy ilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb - FOTO15 / 10 / 2024, 16:01Bakıda küçədə əl qumbarası və avtomat aşkarlanıb15 / 10 / 2024, 15:50Ağdaşda kanaldan meyit tapılıb15 / 10 / 2024, 15:31Bu ilin yanvar-avqust ayları ərzində evlənənlərin sayı azalıb15 / 10 / 2024, 15:16Bu ilin səkkiz ayı ərzində ölkədə ölənlərin sayı açıqlanıb15 / 10 / 2024, 13:49Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Rumıniya və Lüksemburqa təhvil verib15 / 10 / 2024, 13:32Ötən səkkiz ayda Azərbaycanda doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlanıb15 / 10 / 2024, 13:21Azərbaycan əhalisinin sayı açıqlanıb15 / 10 / 2024, 13:02Sabahın hava proqnozu15 / 10 / 2024, 12:45DİN: Ötən gün 8,7 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb15 / 10 / 2024, 12:22Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələrini açıqladı15 / 10 / 2024, 12:06Bu gün görkəmli kinorejissor Hüseyn Seyidzadənin doğum günüdür15 / 10 / 2024, 11:46Hacıqabulda suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir15 / 10 / 2024, 11:19FHN: Ötən sutka 11 nəfər xilas edilib15 / 10 / 2024, 10:52Azərbaycan nefti ucuzlaşıb15 / 10 / 2024, 10:35Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb15 / 10 / 2024, 10:10
Bütün xəbərlər