Payızda Heydər Əliyev Beynəlxalq Aeroportundən 80-dən çox istiqamətə səyahət imkanı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Payızda Heydər Əliyev Beynəlxalq Aeroportundən 80-dən çox istiqamətə səyahət imkanı

Qafar Ağayev13:01 - 20 / 09 / 2024
Payızda Heydər Əliyev Beynəlxalq Aeroportundən 80-dən çox istiqamətə səyahət imkanı

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə payız aylarında 80-dən çox istiqamətə səyahət imkanı təqdim edir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Bakı hava limanından 18 aşağıbüdcəli olmaqla, 38 xarici aviaşirkət vasitəsilə dünyanın bir çox məşhur şəhərlərinə birbaşa uçuşlar həyata keçirilir.

Payızın mədəni və tarixi gözəlliklərini yaşamaq istəyənlər üçün Avropanın əsas turizm məkanları - Paris, Roma, Milan, Vyana, London, Barselona, Frankfurt, Berlin, Praqa, Budapeşt, Riqa və digər şəhərlərə reyslər təklif olunur. İsti günlərdən zövq almaq istəyənlər üçün Dubay, Əbu-Dabi, Şarja və Şarm əl-Şeyx kimi məşhur dənizkənarı kurort şəhərlərinə uçuşlar həyata keçirilir. Asiya mədəniyyəti və təbiətini araşdırmaq arzusunda olan sərnişinlər isə Pekin, Urumçi, İslamabad, Kəraçi, Lahor, Dehli və Mumbay kimi maraqlı istiqamətlərə səyahət edə bilərlər.

Bundan əlavə, Bakı aeroportundan bu payız mövsümündə də İstanbul, Ankara, İzmir, Trabzon, Almatı, Astana, Daşkənd, Moskva, Sankt-Peterburq, Tbilisi və digər populyar şəhərlərə uçuşlar yerinə yetirilməkdə davam edəcək. Bu istiqamətlər həm turizm, həm də işgüzar səfərlər üçün geniş imkanlar təqdim edir.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin komfortunu təmin etmək məqsədilə müasir xidmətlər, o cümlədən rahat bağlantılar və geniş marşrut şəbəkəsi təqdim edir. Sərnişinlərə səyahət planlarını öncədən quraraq, aviabiletləri müvafiq aviaşirkətlərin rəsmi saytlarından əvvəlcədən bron etmələri tövsiyə olunur. Bu, həm biletlərin əlçatanlığını təmin edəcək, həm də daha sərfəli qiymətlərdən faydalanmağa imkan yaradacaq.

Paylaş:
184

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər