Binə qəsəbəsində bıçaqlanma olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Binə qəsəbəsində bıçaqlanma olub

Qafar Ağayev10:05 - 30 / 09 / 2024
Binə qəsəbəsində bıçaqlanma olub

DİN Xəzər rayonunun Binə qəsəbəsi ərazisində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı 1news.az-a bildirib ki, sentyabrın 29-da saat 23 radələrində paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakinləri 1997-ci il təvəllüdlü Nicat Hüseynovun və 1990-cı il təvəllüdlü Zaur Sultanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bir-birilərinə kəsici alətlə xəsarətlər yetirmələri barədə polisə məlumat daxil olub.

Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Paylaş:
546

Son xəbərlər

Bütün xəbərlər