Azərbaycan İnnovasiya Mərkəzi açılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan İnnovasiya Mərkəzi açılıb - FOTO

Qafar Ağayev17:53 - 02 / 10 / 2024
Azərbaycan İnnovasiya Mərkəzi açılıb - FOTO

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə təsis edilən Azərbaycan İnnovasiya Mərkəzinin (AİM) açılış mərasimi baş tutub.

1news.az xəbər verir ki, tədbirdə qonaq qismində dövlət qurumlarının nümayəndələri, yerli ekosistemin üzvləri və digər tərəfdaş şirkətlərin nümayəndələri iştirak ediblər.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov tədbiri giriş nitqi ilə açaraq startap ekosistemi sürətlə inkişaf edən ölkələrdə AİM kimi innovasiya məkanlarının aparıcı rol oynadığını vurğulayıb. S. Məmmədov: “Hal-hazırda olduğumuz Azərbaycan İnnovasiya Mərkəzi sadəcə ofis məkanı deyil, böyük bir ekosistem oyunçusudur. Burada startaplar inkubasiya və akselerasiya proqramlarında iştirak edərək investorlarla görüşlər keçirmək, tərəfdaşlıq yaratmaq və layihələrini təqdim etmək imkanı əldə edəcəklər”. O, həmçinin qeyd edib ki, AİM Azərbaycanda fəaliyyət göstərmək istəyən yerli və xarici şirkətlər üçün uyğun icarə şərtləri və digər üstünlüklər təklif edir.

İRİA-nın İdarə Heyətinin sədri İnarə Vəliyeva çıxışında bildirib ki, startaplar innovasiya ekosisteminin mərkəzində yer alır və AİM kimi innovasiya məkanlarının yaradılması ölkə üçün böyük əhəmiyyət kəsb edir : “AİM həm Bakıda bir neçə məkanda, həm də yaxın zamanlarda Sumqayıt və Gəncədə də fəaliyyətini genişləndirəcək. Bununla da regionlarda yaşayan innovativ düşüncəli vətəndaşlarımız öz ideyalarını reallaşdıra biləcəklər”.

Tədbirdə, həmçinin İRİA-nın İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin rəhbəri Ağahüseyn Əhmədov və AİM-in rəhbəri Elvin Hacıyev AİM haqqında ətraflı məlumat veriblər. Digər natiqlər - İRİA-nın texnoparkların inkişafı üzrə eksperti Dominik Piotet, “PAŞA Future Lab”ın icraçı direktoru Fərrux Əliyev və “Caucasus Ventures” fondunun rəhbəri Məmməd Kərim ölkədə AİM kimi mərkəzlərin önəmi haqqında öz fikirlərini paylaşıblar.

Qeyd edək ki, Azərbaycan İnnovasiya Mərkəzi texnoloji sahibkarlar, startapçılar və innovatorlar üçün vahid mərkəz rolu oynayacaq. Bununla yanaşı, AİM daha çox beynəlxalq tərəfdaş və şirkət cəlb etməyi, startaplar üçün dəstək proqramlarını genişləndirməyi və onların qlobal bazarlara inteqrasiyasını təmin etməyi planlaşdırır. AİM-in hədəfi texnologiya və innovasiyaların iqtisadiyyatda mühüm yer tutduğu güclü ekosistem oyunçusu olmaqdır.

Paylaş:
145

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıbBu gün, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTOBu gün, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş veribBu gün, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilibBu gün, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdürBu gün, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıbBu gün, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıbBu gün, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadırBu gün, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEOBu gün, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edibBu gün, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAMBu gün, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTOBu gün, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıbBu gün, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötürBu gün, 10:29
Bütün xəbərlər