Azərbaycanlı professor 8 milyon avro mükafat qazanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı professor 8 milyon avro mükafat qazanıb

Qafar Ağayev16:58 - 03 / 10 / 2024
Azərbaycanlı professor 8 milyon avro mükafat qazanıb

Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin rəhbəri, İnsan Miqreni Araşdırma Birliyinin direktoru prof. Dr. Məsud Aşina Danimarka Milli Tədqiqat Fondunun 8 milyon avro mükafatına layiq görülüb.

1news.az Diasporlarla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, bu mükafat Miqrendə Kəşflər Mərkəzinin yaradılmasına sərf olunacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Məsud Aşina “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü seçilib. Azərbaycanlı professor diaspor fəaliyyətində xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

Soydaşımız 2019-cu ildə Lundbeck Professor proqramı fondunun ən böyük həcmli qrant proqramında iştirak edərək baş ağrılarının yeni müalicə metodlarının axtarışına və təkmilləşdirilməsinə görə 5 milyon avro mükafata layiq görülüb.

Məsud Aşina qazandığı mükafatla bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası olan Diaspor TV-yə müsahibə verib. Müsahibəni aşağıdakı linkdən izləmək mümkündür:

https://www.youtube.com/watch?v=Ok-cp1O-W0s

Paylaş:
301

Son xəbərlər

Bütün xəbərlər