Maka Boçorişvili: Bakı ilə İrəvan arasında sülh regionun potensialını üzə çıxaracaq
Digər dillərdə oxuyun:Русский

“Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması regionun inkişafı üçün yeni imkanlar yaradacaq”.
1news.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat üçün brifinqdə deyib.
Nazir bildirib ki, Gürcüstan Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişafından məmnundur və bu istiqamətdə əldə olunan irəliləyişi alqışlayır.
“Bu, regionda sabitliyin möhkəmlənməsinə və onun potensialının inkişafına töhfə verəcək. Gürcüstanın mövqeyi hər zaman regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına dəstək verməkdən ibarət olub. Bu məqsədlə əlimizdən gələni etməyə davam edəcəyik”, – deyə Maka Boçorişvili vurğulayıb.
20











