Ceyhun Bayramov Maka Boçorişvilini Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Maka Boçorişvilini Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb

1news Redaksiyası19:00 - Bu gün
Ceyhun Bayramov Maka Boçorişvilini Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin son inkişaflarını müzakirə edib”.

1news.az xəbər verir ki, bunu Ceyhun Bayramov birgə mətbuat üçün brifinqdə deyib.

Nazir bildirib ki, görüş zamanı Azərbaycanın normallaşma prosesinə dair mövqeyi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, Böyük Qayıdış Proqramının icrası və mina təhlükəsi barədə qarşı tərəfə məlumat verilib.

Ceyhun Bayramov həmçinin Ermənistan istiqamətində tranzit məsələsinə toxunub.

“Ötən ilin sonlarından uzun fasilədən sonra Azərbaycan tərəfindən Ermənistana bəzi məhsulların tranzitinə icazə verilməsi ilə bağlı yeni addım atılıb. Bu proses Gürcüstanın nəqliyyat sistemi vasitəsilə həyata keçirilib. Bu, olduqca müsbət töhfədir”, – deyə XİN rəhbəri qeyd edib.

Paylaş:
33

Son xəbərlər

Bütün xəbərlər