KTM: Ötən ay zəhərlənmə səbəbilə 101 nəfər qəbul edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

KTM: Ötən ay zəhərlənmə səbəbilə 101 nəfər qəbul edilib

Qafar Ağayev09:44 - 03 / 10 / 2024
KTM: Ötən ay zəhərlənmə səbəbilə 101 nəfər qəbul edilib

Sentyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 101 nəfər qəbul edilib.

Mərkəzdən 1news.az-a bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 40 nəfər dərmandan, 38 nəfər sirkə turşusundan, 9 nəfər ilan sancmasından, 4-ü fosfor üzvi birləşmələrdən, 2-si spirtli içkidən, 1 nəfər göbələkdən zəhərlənən şəxslərdir.

Həmçinin, 6 nəfər allergik reaksiya, 1 nəfər isə anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (2 nəfər kişi cinsli, 1 nəfər qadın cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu, psixotrop dərman zəhərlənmələrindən qeydə alınıb.

Paylaş:
543

Son xəbərlər

Bütün xəbərlər