ADY rəqəmsal həllərlə saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə endirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADY rəqəmsal həllərlə saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə endirib

Qafar Ağayev15:51 - 04 / 10 / 2024
ADY rəqəmsal həllərlə saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə endirib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sənədlərin qeydiyyatı və rəsmiləşdirilməsi prosesini əhəmiyyətli dərəcədə optimallaşdıran elektron iş icazəsi (naryad) sistemini istifadəyə verib.

Bu yenilik sayəsində məlumatların dəqiqliyi əhəmiyyətli dərəcədə artıb, xətaların sayı azalıb və sənədlərlə işi sürətləndirmişdir”.

1news.az xəbər verir ki, bu barədə ADY-nin Yük daşımaları departamentinin rəisi Emil Əhmədov sayta verdiyi açıqlamada qeyd edib. O, əlavə edib ki, bu alət iş prosesinin sadələşdirilməsində və müştərilərlə qarşılıqlı əlaqənin yaxşılaşdırılmasında effektiv olduğunu sübut edib:

“Yeni tətbiq olunmuş rəqəmsal naryad sistemi ADY-də saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə qədər azaldır. “ADY SMART” sistemində “Yük Əməliyyatları Xidməti” modulunda təqdim olunan bu funksionallıq müştərilərə naryadın ayrılması üçün müraciəti elektron qaydada, kağız sənədləşmə olmadan birbaşa təqdim etməyə, yük qaimələrini elektron şəkildə hazırlamağa, emal və maliyyə sənədlərini sürətlə qəbul etməyə, eləcə də sistem tərəfindən avtomatik hazırlanmış xidmət təriflərini əldə etməyə imkan verir.

Avtomatlaşdırılmış naryad prosesi sayəsində müştərilər vaxta qənaət edərək sistemdəki elektron kabinetlərində naryadın ayrılma prosesinin bütün mərhələlərini və statuslarını izləyə bilərlər.”

Paylaş:
276

Son xəbərlər

Bakıda metropolitençi övladlarının rəsm sərgisi keçirilirBu gün, 15:14Nazirliyin tabeliyindəki kollec və peşə məktəblərinin siyahısında dəyişiklik edilibBu gün, 15:03ADY fövqəladə hallara hazırlıqla bağlı növbəti təxliyə təlimi keçiribBu gün, 13:51Azərbaycan müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı veribBu gün, 13:27İçərişəhərdə və Qalada COP29 zamanı ziyarətçiləri nələr gözləyir?Bu gün, 13:16Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:59İcma: Dövlət bayrağına ehtiramın ən ali ifadəsi ölkənin ərazi bütövlüyünün bərpasıdırBu gün, 12:33ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlibBu gün, 12:28Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edibBu gün, 11:54İlham Əliyev Kamboca Kralını təbrik edibBu gün, 11:23Kamaləddin Qafarov: “Dövlət Bayrağımız ölkəmizin bütün ərazisində əzəmətlə dalğalanır”Bu gün, 11:21Marşal Adalarının Prezidenti Azərbaycana səfərə gəlibBu gün, 10:46Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılırBu gün, 10:41Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyənin məbləği açıqlandıBu gün, 10:06Bəzi yerlərdə leysan xarakterli yağış yağıb - Faktiki havaBu gün, 09:40İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edibBu gün, 09:14BDYPİ bayram günləri ilə əlaqədar sürücülərə müraciət edibBu gün, 09:11Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edibBu gün, 09:01Azərbaycanda Dövlət Bayrağı GünüdürBu gün, 08:58Anar Ələkbərov və Arzu Əliyevanın iştirakı ilə COP29-un keçiriləcəyi məkanda MEDİATUR - FOTO08 / 11 / 2024, 20:15
Bütün xəbərlər