Zakir Həsənov Türkiyəyə işgüzar səfər edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Zakir Həsənov Türkiyəyə işgüzar səfər edib

Qafar Ağayev09:16 - 04 / 10 / 2024
Zakir Həsənov Türkiyəyə işgüzar səfər edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə Adana şəhərində keçirilən Aviasiya, Kosmonavtika və Texnologiya – “TEKNOFEST 2024” festivalında iştirak etmək üçün qardaş ölkəyə işgüzar səfər edib.

1news.az bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun türkiyəli həmkarı ilə görüşü planlaşdırılıb.

Paylaş:
309

Son xəbərlər

Bütün xəbərlər