COP29 günlərində enerji təchizatının dayanıqlığı üçün əks-qəza məşqləri keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

COP29 günlərində enerji təchizatının dayanıqlığı üçün əks-qəza məşqləri keçirilib

Qafar Ağayev10:33 - 05 / 11 / 2024
COP29 günlərində enerji təchizatının dayanıqlığı üçün əks-qəza məşqləri keçirilib

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası, o cümlədən Bakı şəhərinin fasiləsiz və dayanıqlı elektrik təchizatının təmin edilməsi üçün kompleks qabaqlayıcı tədbirlər həyata keçirilir.

1news.az “Azərenerji” ASC-yə istinadən xəbər verir ki, bu tədbirlərin tərkib hissəsi olaraq hava durumu və digər fövqəladə şərait üzündən enerjisistemdə baş verə biləcək qəza hallarında operativ personalın hərəkəti, qəzanın aradan qaldırılması, işlərin qüsursuz təşkilinin simulyasiyası üçün əməliyyat heyətlərinin iştirakı ilə regional əks-qəza məşqləri keçirilib.

Əməliyyat heyətinin bilik və vərdişlərinin artırılması, həmçinin “Azərenerji” və “Azərişıq” ASC-lərin mərkəzi dispetçer idarəetməsi arasında koordinasiyanın gücləndirilməsi üçün keçirilən regional əks-qəza məşqində, əsasən şərti olaraq Bakı şəhərinin ötürücü şəbəkə infrastrukturunu enerjisistemlə əlaqələndirən 220 kV-luq elektrik verilişi xətləri açılarsa, alternativ sxem yığılaraq ən qısa zamanda şəhərin elektrik enerjisi ilə təchizatının bərpa edilməsi simulyasiya edilib.

Əks-qəza məşqinə “Azərenerji” və “Azərişıq” ASC-lərin mərkəzi dispetçer xidmətlərinin, eyni zamanda ötürücü və paylayıcı müəssisələrin əməliyyat heyəti cəlb edilib.

Mərkəz olaraq “Azərenerji”nin 220 kilovoltluq “Nizami” yarımstansiyası seçilən əks-qəza məşqi noyabrın 11-24-də Bakı şəhərində keçiriləcək COP29 tədbirlərinə elektroenergetika infrastrukturunun hazırlıq səviyyəsini yüksəltmək, əməliyyat personalının praktik vərdişlərini artırmaq məqsədi daşıyır.

Paylaş:
188

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər