ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub

Qafar Ağayev16:56 - 19 / 11 / 2024
ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov Beynəlxalq Dəmir Yolları İttifaqının (UIC) sədri, Polşa Dəmir Yolları (PKP) Korporasiyasının İdarə Heyətinin prezidenti Alan Berud və Korporasiyanın Belçikadakı nümayəndəliyinin direktoru Tomaş Laxoviçlə görüşüb.

1news.az xəbər verir ki, görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iqlim böhranı ilə bağlı qlobal çağırışların əhəmiyyətinə və birgə fəaliyyətin səmərəliliyinə diqqət çəkilib.

Görüş zamanı tərəflər ADY ilə UIC və PKP arasında əməkdaşlığın əsas istiqamətləri, 1995-ci ildən UIC-nin üzvü olan ADY-nin təşkilatın fəaliyyətindəki rolu və beynəlxalq layihələrdəki iştirakı müzakirə olunub. Azərbaycanla Avropa İttifaqı arasında potensial dəmiryol əlaqəsinin təkmilləşdirilməsi, eləcə də tranzit vaxtının optimallaşdırılması barədə məqamlara toxunulub, beynəlxalq yük daşımalarındakı yeniliklər, rəqəmsallaşma və dayanıqlılıqla bağlı ən yaxşı təcrübələrdən söz açılıb.

Rövşən Rüstəmov son illərdə ADY-nin beynəlxalq dəhlizlər üzrə yükdaşımaların artırılması istiqamətində aktiv fəaliyyət göstərdiyini, Orta Dəhlizin əsas halqalarından olan Bakı–Tbilisi–Qars dəmir yolunun bu ilin mayından tam gücü ilə işlədiyini və bununla da dəmiryol xəttinin buraxılış gücünün illik 5 milyon tonadək artdığını qeyd edib.

Rəqəmsal transformasiya və dayanıqlı ətraf mühit istiqamətində görüləcək işlərdə birgə fəaliyyətin zəruriliyinə diqqət çəkən ADY sədri Rövşən Rüstəmov hər iki istiqamətdə qarşılıqlı təcrübə mübadiləsinin bütün tərəflər üçün faydalı olacağını bildirib.

UIC-nin sədri Alan Berud dəmiryol sahəsində regional və qlobal əməkdaşlığın dayanıqlı gələcəyə töhfə verəcəyinə əmin olduğunu deyib.

ADY ilə Polşa Dəmir Yolları Korporasiyası arasında beynəlxalq yük daşımalarında restrukturizasiya imkanlarının olduğunu qeyd edən PKP-nin nümayəndəsi Tomaş Laxoviç ümumi multimodal yükdaşıma mərkəzi və vaqon parkının xidmət keyfiyyətini yaxşılaşdıracağına inandığını deyib.

Paylaş:
68

Son xəbərlər

BƏƏ-dən olan nazir: “COP 29-un qarşıya qoyulan hədəfləri dəstəkləmək üçün geniş əməkdaşlıq imkanı var”Bu gün, 11:26Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”Bu gün, 11:02Braziliyalı nazir: Bakıda ətraf mühitin qorunması ilə bağlı önəmli toplantı keçirilirBu gün, 10:53Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 10:49Azərbaycan Haaqa Məhkəməsinə Ermənistanla bağlı müraciət edibBu gün, 10:29Anar Quliyev: “COP29 çərçivəsində Şəhərsalma Günü Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır”Bu gün, 10:27Fuad Nağıyev: Turizmin COP29 gündəliyinə daxil edilməsi sektor üçün dönüş nöqtəsidirBu gün, 10:14Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşübBu gün, 10:02Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizədə turizmin önəmli rolu varBu gün, 09:51Dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVABu gün, 09:45AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:30Qarakənd faciəsindən 33 il ötürBu gün, 09:13Ağdamın işğaldan azad olunmasından 4 il ötürBu gün, 09:05Şamaxı rayonunda zəlzələ qeydə alınıbBu gün, 08:52“YAP Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır” - Sevinc Fətəliyeva19 / 11 / 2024, 17:53Nigar Məmmədova: “COP29 həm də iqlim təhsili ilə bağlı ölkələrin öhdəliklərini təmin etmək üçün effektiv platformadır” - FOTO19 / 11 / 2024, 17:39IDEA ilə ICESCO arasında niyyət protokolu imzalanıb19 / 11 / 2024, 17:33COP29-da ölkəmizdə səfərdə olan xarici media nümayəndələri üçün Şamaxıya mediatur təşkil olunub19 / 11 / 2024, 17:22Leyla Əliyeva COP29 çərçivəsində dəniz canlılarına dair panel müzakirələrində iştirak edib19 / 11 / 2024, 17:08COP29-da “Slow Food” mövzusunda panel müzakirəsi keçirilib19 / 11 / 2024, 16:59
Bütün xəbərlər