Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH | 1news.az | Xəbərlər
Rəsmi

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH

20:24 - 21 / 11 / 2024
Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH

Lüksemburq Deputatlar Palatası növbəti dəfə qərəzli və absurd yanaşma sərgiləyib. Belə ki, bu dəfə adıçəkilən ölkənin qanunverici orqanının təmsilçiləri Qarabağda separatçı hərəkətlərə yol verən, Azərbaycan torpaqlarında terror aktlarına imza atan şəxslərin azad olunmasını tələb edən “qətnamə” qəbul ediblər. Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri olaraq bu yanaşmadan, sadəcə, təəssüf hissi keçirirəm. Təbii ki, bu sənədin heç bir hüquqi əsası yoxdur və bizim üçün adi kağız parçasından başqa bir şey deyil.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.

“Məsələ burasındadır ki, milli dili olmayan, öz qanunvericiliyində fransız dilini əsas dil kimi müəyyən etmiş lüksemburqlu təmsilçilər Cənubi Qafqaz regionuna da fransızsayağı yanaşırlar. “Qətnamə”də erməni lobbisinin, E.Makronun dəst-xəti kifayət qədər aydın sezilir. Belə ki, kağız parçasında Azərbaycan Xarici İşlər Nazirliyinin 2024-cü il 26 avqust tarixli qərarı ilə AŞPA-nın 76 deputatını "arzuolunmaz şəxs" elan etməsinə qarşı bənd də salınıb. Beynəlxalq münasibətlər sistemində heç bir nüfuzu olmayan bu ölkənin belə qərəzli yanaşmaları təbii ki, rəsmi Bakının mövqeyinə təsir edə bilməz", - deyə deputat bildirib.

O bildirib ki, Lüksemburq parlamentinin qəbul etdiyi sənəd beynəlxalq birliyin Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycana münasibətini dəyişə bilməz.

Erməni lobbisinin təsiri altına düşən lüksemburqlu parlamentarilər reallıq hissini itirərək, BMT-nin ən nüfuzlu tədbirlərindən biri olan COP29-un keçirildiyi bir vaxtda bu cür qarayaxma kampaniyasına qoşulublar. Azərbaycanı heç bir əsas olmadan söz azadlığını pozmaqda ittiham edirlər, amma nədənsə, COP29-un fəaliyyətini azad şəkildə işıqlandıran 4000-ə qədər yerli və beynəlxalq media təmsilçisini görməzdən gəlirlər. Eyni zamanda, 197 ölkənin vətəndaş cəmiyyətinin nümayəndələrinin məhz COP29 çərçivəsində müxtəlif mövzularda aparılan müzakirələrdə maneəsiz iştirakı söz azadlığının ən bariz göstəricisidir. Bu reallıqlar fonunda Azərbaycanı insan haqlarının pozulmasında ittiham etmək, sadəcə, riyakarlıqdır.

Məsələ burasındadır ki, Lüksemburqun Deputatlar Palatasının sədri də bu ilin mayında Ermənistana səfər edərək, bu ölkənin parlamentində çıxışı zamanı Azərbaycanın ünvanına ittihamlar səsləndirmişdi. Azərbaycan parlamenti bu qərəzli və absurd fikirləri kəskin şəkildə qınayaraq qətiyyətlə etirazını bildirmişdi.

Görünən odur ki, Lüksemburq 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqları hələ dərk edə bilməyib. Müharibədən sonra bu ölkənin xarici işlər naziri də absurd bəyanatlarla çıxış etmişdi. O vaxt Prezident İlham Əliyevin bu ölkəyə “sadəcə, müqayisə üçün sizə deyə bilərəm ki, bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir. Ona görə də Lüksemburqun xarici işlər naziri yaxşı olardı öz qayğısına qalsın və bu eyhamlara son qoysun” məzmunlu çox tutarlı reaksiyasını həmin dövlətin deputatlarına da xatırlatmaq yerinə düşər.

Paylaş:
60

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər