Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədi

Qafar Ağayev09:18 - Bu gün
Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədi

İsrail ABŞ-ın Livanda hərbi əməliyyatları dayandırmaq üçün təklif etdiyi planı rəsmən təsdiqləyib.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən məlumat verilib.

Açıqlamada bildirilib ki, "Hərbi-siyasi kabinet bu axşam ABŞ-ın Livanda atəşkəsə dair təklifini təsdiqləyib. Qərar 10 nazir tərəfindən dəstəklənib, yalnız bir nazir əleyhinə səs verib. İsrail bu prosesə verdiyi dəstəyə görə ABŞ-a təşəkkür edir və öz təhlükəsizliyini qorumaq üçün lazımi tədbirlər görmək hüququnu saxlayır".

Livanın Baş naziri Nəcib Mikati də Livan-İsrail sərhədində sabitliyin bərpası məqsədilə əldə olunmuş razılaşmadan məmnun olduğunu bildirib. O, bu barədə ABŞ Prezidenti Cozef Baydenlə telefon danışığında fikir mübadiləsi aparıb. Baş nazir açıqlamasında qeyd edib:

"Mən bu sənədi atəşkəs üçün yol xəritəsi kimi qiymətləndirirəm. Livanda sülh və sabitliyin təmin olunması istiqamətində atılmış bu mühüm addımı alqışlayıram. Bu razılaşma, həmçinin köçkünlərin öz şəhər və evlərinə qayıtmasını asanlaşdıracaq".

Mikati əlavə edib ki, bu müqavilənin icrası regional sabitliyin möhkəmləndirilməsinə də mühüm töhfə verəcək.

ABŞ Prezidenti Cozef Bayden də əldə olunmuş razılaşma ilə bağlı sosial şəbəkədə paylaşım edib. O, "Bu gün Yaxın Şərqdən yaxşı xəbərlərim var. Mən Livanın və İsrailin baş nazirləri ilə danışdım və məmnuniyyətlə elan edirəm ki, onlar ABŞ-ın İsrail və Hizbullah arasında dağıdıcı münaqişəyə son qoymaq üçün təklifini qəbul ediblər," – deyə bildirib.

Paylaş:
38

Son xəbərlər

Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14
Bütün xəbərlər