Daha bir məktəbdə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha bir məktəbdə yanğın olub

Qafar Ağayev14:10 - 02 / 12 / 2024
Daha bir məktəbdə yanğın olub

Abşeron Rayonu Xırdalan şəhər V.Y.Musibov adına 5 nömrəli məktəbdə yanğın baş verib.

1news.az-ın Modern.az-a istinadən məlumatına görə, Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə elektrik naqillərinin paylanma qutusunda qısaqapanma nəticəsində baş verib:

"Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər, onların sağlamlığına heç bir təhlükə yaranmayıb.

Yanğın zamanı yalnız elektrik naqillərinin paylama qutusu zərər görüb, tədris binası mühafizə edilib.

Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür, məktəbin elektrik sisteminin ən qısa zamanda bərpası çərçivəsində işlər aparılır".

Qeyd edək ki, bundan əvvəl Abşeron Rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən məktəbdə yanğın baş verib.

Paylaş:
171

Son xəbərlər

Bütün xəbərlər