Naxçıvan Sənaye Parkı yaradılır - FƏRMAN | 1news.az | Xəbərlər
Rəsmi

Naxçıvan Sənaye Parkı yaradılır - FƏRMAN

14:53 - 05 / 12 / 2024
Naxçıvan Sənaye Parkı yaradılır - FƏRMAN

Naxçıvan Muxtar Respublikasında Naxçıvan Sənaye Parkı yaradılır.

1news.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, Park sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir;

Parkın fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi həyata keçirir.

Parkın fəaliyyətinin təşkili, ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması üçün layihələndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Agentliyə ilkin olaraq 500 min manat ayrılıb.

İqtisadiyyat Nazirliyi dövlət başçısının Naxçıvandakı səlahiyyətli nümayəndəliyinin və muxtar respublikanın Nazirlər Kabinetinin təkliflərini nəzərə alınmaqla, Parkda istehsal və emal (təkrar emal) olunan sənaye məhsulları, habelə göstərilən xidmətlər üzrə prioritet istiqamətləri iki ay müddətində müəyyən etməli, kommunal xidmət (elektrik və istilik enerjisi, təbii qaz və su) qurumları ilə birlikdə Parkın ərazisində xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli təşkili üçün digər xidmətlər göstərilməsini təmin etmək məqsədilə Agentliyə kömək etməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Naxçıvanın Nazirlər Kabineti Parkın fəaliyyəti üçün Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan–Sədərək avtomobil yolunun cənubunda 310 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin edib Prezidentə məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Maliyyə Nazirliyi fərmanda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Paylaş:
203

Son xəbərlər

Əmtəə bazarlarında qızılın qiyməti 2 750 dollara yaxınlaşıbBu gün, 11:15Nazir: Saxta diplomlu həkimlərlə bağlı araşdırma aparılırBu gün, 11:14Mərkəzi Bank “Plato Capital and Co. İnvestisiya Şirkəti”nin lisenziyasını ləğv edibBu gün, 11:05Prezidentin köməkçisi: Ermənistanla Azərbaycan arasında danışıqlarda üçüncü ölkəyə ehtiyac yoxdurBu gün, 10:56Hikmət Hacıyev NATO Müdafiə Kollecinin nümayəndə heyəti ilə görüşübBu gün, 10:45Bu ilin 11 ayında Azərbaycana ən çox hansı ölkələrdən turistlər gəlib? - STATİSTİKABu gün, 10:34Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblərBu gün, 10:28Tramp Suriyada qərarlıdır: “Biz qarışmayacağıq”Bu gün, 10:27Azərbaycan neftinin qiyməti 76 dolları ötübBu gün, 10:25İcmadan ABŞ-nin Dövlət katibinə çağırış: Azərbaycanın daxili işlərinə qarışmayınBu gün, 09:56Rayonlarda 2 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVABu gün, 09:48Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edibBu gün, 09:40Mehriban Əliyeva Ümummilli Liderin anım günü ilə əlaqədar paylaşım edibBu gün, 09:21Bakı və Abşeronun bəzi ərazilərində qaz olmayacaqBu gün, 09:19İlham Əliyev Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edibBu gün, 09:1512 dekabra olan valyuta məzənnələri açıqlandıBu gün, 09:09Ümummilli Lider Heydər Əliyevin anım günüdürBu gün, 08:59Paytaxtın sıxlıq müşahidə edilən küçə və prospektləriBu gün, 08:52Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində - FOTO11 / 12 / 2024, 17:59Yol qəzalarının qarşısının alınmasına həsr olunmuş beynəlxalq iclas keçirilib11 / 12 / 2024, 17:42
Bütün xəbərlər