Elnur Məmmədov Blinkenin köməkçisinin müavini ilə Ermənistanla normallaşma prosesini müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Elnur Məmmədov Blinkenin köməkçisinin müavini ilə Ermənistanla normallaşma prosesini müzakirə edib

Qafar Ağayev15:44 - 06 / 12 / 2024
Elnur Məmmədov Blinkenin köməkçisinin müavini ilə Ermənistanla normallaşma prosesini müzakirə edib

Dekabrın 6-da xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

XİN-dən 1news.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.

Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əməkdaşlıq münasibətlərlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub. Azərbaycanın cari ilin noyabr ayında ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib.

Nazir müavini Elnur Məmmədov post-münaqişə dövründə bölgədə vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan danışıqlar barədə qarşı tərəfə məlumat verib. Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, habelə beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddialardan əl çəkməyin vacibliyi vurğulanıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
174

Son xəbərlər

Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində - FOTO11 / 12 / 2024, 17:59Yol qəzalarının qarşısının alınmasına həsr olunmuş beynəlxalq iclas keçirilib11 / 12 / 2024, 17:42Dövlət Əmək Müfəttişliyi Xidməti və “DOST Müfəttiş” layihəsi növbəti beynəlxalq mükafatlara layiq görülüblər11 / 12 / 2024, 17:35Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb11 / 12 / 2024, 17:25Göyçayda ev yanıb11 / 12 / 2024, 17:18Yeni destinasiyalar, gözlənilən turistlər, potensial - Azərbaycanda qış turizminə hazırlıq hansı mərhələdədir?11 / 12 / 2024, 16:56“Ulu Öndər bizə müstəqil Azərbaycan kimi zəngin bir irs qoyub” - Nigar Məmmədova11 / 12 / 2024, 16:55Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıda fanatları ilə - FOTO - YENİLƏNİB11 / 12 / 2024, 16:49Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib11 / 12 / 2024, 16:35Deputat: “Heydər Əliyevin onun parlaq ideyaları gələcəyimizə daim nur saçacaq”11 / 12 / 2024, 16:14Ceyhun Bayramovla Hakan Fidan Suriya məsələsini müzakirə ediblər11 / 12 / 2024, 16:08Lionel Messi: “Bakı, səmimi qarşılanmaya görə çox sağ ol” - VİDEO11 / 12 / 2024, 15:49Azercell-in antikorrupsiya siyasəti beynəlxalq ekspertlər tərəfindən dəyərləndirildi11 / 12 / 2024, 15:34“Elm və ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda tədbir keçirilib - FOTO11 / 12 / 2024, 15:30ABB Biz-də qeydiyyatdan keçib Mobil POS istifadə et, kiçik biznes üçün 9%-lə kredit al!11 / 12 / 2024, 15:27Bir çox travmatoloji xidmətin icbari tibbi sığortaya əlavə edilməsi planlaşdırılır11 / 12 / 2024, 15:06Prezident AÇG ilə bağlı qanunu təsdiqləyib11 / 12 / 2024, 14:55Gəncədə eyni kəsişmədə yenidən yol qəzası olub11 / 12 / 2024, 14:33Binəqədidə 2700 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb11 / 12 / 2024, 14:15Səhiyyə Nazirliyində UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib11 / 12 / 2024, 13:54
Bütün xəbərlər