Ceyhun Bayramov Vatikan rəsmisi ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib - YENİLƏNİB 2 | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Vatikan rəsmisi ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib - YENİLƏNİB 2

Qafar Ağayev16:13 - Bu gün
Ceyhun Bayramov Vatikan rəsmisi ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib - YENİLƏNİB 2

17 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi arxiyepiskop Pol Riçard Qallager ilə görüşüb.

XİN-dən 1news.az-a verilən xəbərə görə, tərəflər arasında baş tutan təkbətək görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Geniştərkibli görüşdə Azərbaycan və Müqəddəs Taxt-Tac arasında mövcud ikitərəfli, habelə çoxtərəfli əməkdaşlığın inkişaf perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

İki ölkə arasında qarşılıqlı səfər və təmasların dinamikasında müşahidə olunan artıımın məmnunluq doğurduğu, Azərbaycan və Müqəddəs Taxt-Tac arasında siyasi, mədəni, humanitar sahələrdə mövcud əməkdaşlığa ciddi töhfə verdiyi qeyd olunub. Azərbaycanın Vatikanda səfirliyinin fəaliyyətə başlamasının ikitərəfli münasibətlərin üçün əhəmiyyəti məmnunluqla qeyd edilib. Roma Papası II İohan Pavelin 2002-vi ildə, Papa Fransisin 2016-cı ildə ölkəmizə səfəri xatırlanıb, qarşılıqlı səfərlərin davamlı olacağıda inam ifadə olunub.

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondunun dünyanın bir çox bölgələrində, o cümlədən Müqəddəs Taxt-Tac ərazisində yerləşən beynəlxalq əhəmiyyətli mədəni abidələrin restavrasiyasında fəal iştirakının təqdirəlayiq olduğu diqqətə çatdırılıb. Görülən tədbirlərin ölkəmizin multikulturalizmin təşviqi sahəsində mövcud təcrübə və fəaliyyətinin davamı olduğu bildirilib, bu istiqamətdə, həmçinin Müqəddəs Taxt-Tacla əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğumuz qeyd edilib.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi cari ildə ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələri barədə ətraflı məlumatlandıraraq, Azərbaycanın sədrliyi ilə uğurla həyata keçirilən COP29 çərçivəsində bir sıra vacib tədbir və təşəbbüslər ilə yanaşı, Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin təşkil edildiyini diqqətə çatdırıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan arasında normallaşma və sülh prosesinin hazırkı vəziyyətindən, delimitasiya komissiyaları tərəfindən aparılan iş barədə ətraflı bəhs edilib. Ölkəmizin təşəbbüsü ilə başladılan sülh gündəliyinin irəlilədilməsi istiqamətində vacib irəliləyişlərin əldə olunmasına baxmayaraq, Ermənistan Konstitusiyasında və digər qanunvericilik aktlarında ölkəmiz əleyhinə ərazi iddialarının davam etdirilməsinin, habelə bu ölkənin sürətli silahlandırılmasının regional sülh və təhlükəsizliyə təhdid törətdiyi qeyd olunub.

Arxiyepiskop Pol Riçard Qallager II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin təqdis edilməsinə görə böyük məmnunluq duyduğunu diqqətə çatdıraraq, kilsənin tikintisində yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

13:56

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın Dövlətlərlə Əlaqələr üzrə Katibi Arxiyepiskop Pol Riçard Qallagerlə ikitərəfli və çoxtərəfli görüşlər keçirib.

1news.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, tərəflər əməkdaşlığın perspektivlərini, regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etmək üçün geniş formatda görüşüblər.

Xarici işlər nazirləri dünyada multikulturalizmin və dinlərarası dialoqun təşviqinə yönəlmiş birgə səylər və təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.

13:20

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallagerlə görüşüb.

1news.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, tərəflər arasında təkbətək görüş başlayıb.

Paylaş:
139

Son xəbərlər

Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılacaqBu gün, 17:58Lənkəranda avtomobil velosipedçini vuraraq öldürübBu gün, 17:51Azad edilən ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişibBu gün, 17:43Dövlət başçısı “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna dəyişikliyi təsdiqləyibBu gün, 17:272024-cü ilin son altı ayında “Qadın Dəstək Xətti”nə 600-ə yaxın müraciət daxil olubBu gün, 17:24PAŞA Qrup şirkətləri son 3 ayda hansı sosiyal layihələri həyata keçiriblər?Bu gün, 17:19Azərbaycanın İraqdakı səfiri geri çağırılıbBu gün, 17:10Ali Məhkəmədən paylı mülkiyyətlə bağlı mühüm qərarBu gün, 17:01Sürücülər üçün imtahan keçirildi, uğur qazananların sayı açıqlandıBu gün, 16:46Paytaxtda pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilibBu gün, 16:35Ceyhun Bayramov Vatikan rəsmisi ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib - YENİLƏNİB 2Bu gün, 16:13Azad edilmiş ərazilərdə daha 97 mina aşkarlanıbBu gün, 16:06DYP qış mövsümü ilə bağlı sürücülərə xəbərdarlıq edibBu gün, 15:41Prezident: Azərbaycan Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazırdırBu gün, 15:23Mehriban Əliyeva Türkiyə Prezidentinin “Sarı gəlin”i oxuduğu videonu paylaşıb - VİDEOBu gün, 15:19Ombudsmanın yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrup yaradılıbBu gün, 15:10Türkiyədə avtobus qəzası: Ölən və yaralananlar var - FOTOBu gün, 15:04Bu gündən elektromobil sahiblərinin mülki məsuliyyət sığortası onlayn qaydada rəsmiləşdirilirBu gün, 14:45Paytaxtın Nizami rayonunda yaşlılara qarşı quldurluq və soyğunçuluq edənlər saxlanılıblar VİDEOBu gün, 14:4110 min manat dəyərində lotereya biletinin oğurlanmasında şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 14:17
Bütün xəbərlər