“Lənkəran” gəmisi Xəzərdə ekoloji şəraitin qiymətləndirilməsində iştirak edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Lənkəran” gəmisi Xəzərdə ekoloji şəraitin qiymətləndirilməsində iştirak edib

Qafar Ağayev10:46 - 27 / 12 / 2024
“Lənkəran” gəmisi Xəzərdə ekoloji şəraitin qiymətləndirilməsində iştirak edib

ASCO-nun “Lənkəran” yedək-təchizat gəmisi Xəzər dənizinin Abşeron yatağının ətrafında dəniz dibinin ekoloji şəraitinin qiymətləndirilməsi layihəsində iştirak edib.

1news.az xəbər verir ki, cari ilin 23 noyabr - 22 dekabr tarixləri arasında mütəmadi olaraq DP rejimində fəaliyyət göstərən gəmi əvvəlcədən müəyyən edilmiş 85 koordinatda 20-60 metr dərinlikdən dəniz dibinin çökmə süxurları və su nümunələrini toplayıb.

Gəminin göyərtəsində quraşdırılmış xüsusi avadanlıqlar vasitəsilə əldə edilən nümunələr tədqiq olunması üçün müvafiq laboratoriyalara göndərilib.

“Greenwich Consulting Azerbaijan”nın sifarişi ilə aparılan tədqiqatların nəticələri gələcəkdə Xəzər dənizində sualtı neft-qaz infrastrukturunun inşasından əvvəl ekoloji şəraitin qiymətləndirilməsinə imkan yaradacaq.

Paylaş:
318

Son xəbərlər

Ağcabədidə yol qəzası olub

01 / 04 / 2025, 16:09
Bütün xəbərlər