Türkiyədə terror təşkilatına qarşı əməliyyatlar keçirildi - 42 nəfər saxlanılıb
Türkiyədə son bir həftədə həyata keçirilən "GÜRZ-35" əməliyyatı çərçivəsində 17 vilayətdə İŞİD-ə qarşı genişmiqyaslı tədbirlər görülüb.
1news.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya öz sosial media hesabında məlumat verib. Əməliyyatların Adana, Ankara, Balıkəsir, Batman, Bursa, Bitlis, Diyarbakır, Ədirnə, Qaziantep, İstanbul, Kahramanmaraş, Karabük, Kayseri, Kocaeli, Mardin, Mersin və Şanlıurfada keçirildiyi bildirilib.
Əməliyyatlar nəticəsində 42 şübhəli saxlanılıb.
Aparılan əməliyyatlar zamanı saxlanılan şəxslərin İŞİD terror təşkilatına üzv olduqları, təşkilat üçün maliyyə dəstəyi təmin etdikləri və sosial media vasitəsilə təbliğat apardıqları aşkarlanıb.
Eyni zamanda əməliyyat zamanı çoxlu sayda təşkilati sənədlər və rəqəmsal materiallar ələ keçirilib.