Macarıstan prezidenti İlham Əliyevə başsağlığı verib
Macarıstanın Prezidenti Tamaş Şuyok Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib.
1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
"Hörmətli cənab Prezident.
İcazə verin, çoxlu sayda insanın həlak olması ilə nəticələnən faciəvi təyyarə qəzası ilə bağlı Macarıstan xalqı adından və şəxsən öz adımdan səmimi başsağlığımı çatdırım. Dualarım və düşüncələrim həlak olanların və onların ailə üzvlərinin yanındadır".
173