Bakının bir sıra yollarında tıxac müşahidə olunur
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Bu barədə 1news.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Hal-hazırda yollardakı vəziyyət:
1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
3. Babək prospekti, mərkəz istiqamətində;
4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
7. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;
8. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.