Yanvarda ADY-nin daşıdığı sərnişinlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) bu ilin yanvar ayında daşıdığı sərnişin sayı 713 mini ötərək ötən ilin eyni dövrünün göstəricisini 15% üstələyib.
ADY-dən 1news.az-a verilən məlumata görə, qatarla səyahət edən xarici turistlərin sayında 40 faiz artım qeydə alınıb.
Eyni zamanda, 2025-ci ilin əvvəlindən bərpa edilmiş Bakı-Balakən-Bakı marşrutu ilə 5355 nəfər sərnişin səfər edib.
42