Mikayıl Cabbarov BVF missiya rəhbəri ilə əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mikayıl Cabbarov BVF missiya rəhbəri ilə əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

20:23 - Bu gün
Mikayıl Cabbarov BVF missiya rəhbəri ilə əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Beynəlxalq təşkilatın nümayəndə heyətinə ölkəmizdə iqtisadi artım, inflyasiya, idxal və ixrac göstəriciləri, maliyyə sektorunda çağırışlar haqqında məlumat verilib.

Görüş zamanı BVF-nin Azərbaycan üzrə missiyasının fəaliyyəti üzrə nəticələrin təqdimatı olub. Tərəflər iqtisadi şaxələndirmədə özəl sektorun rolunun artırılması və dayanıqlı maliyyə imkanlarının təmin edilməsi, vergi islahatları, dövlət-özəl tərəfdaşlığının, şəffaflığın və iqlim fəaliyyətinin gücləndirilməsi, həmçinin dövlətə məxsus müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparıblar.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər