Nazir təyin olunan Anar Əliyev kimdir? - DOSYE
![Nazir təyin olunan Anar Əliyev kimdir? - DOSYE](/images/2025/02/07/20250207035934816/thumb.jpg?2025-02-07+16%3A32%3A01)
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin sərəncamın əsasən, Anar Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
1news.az nazir vəzifəsinə təyin olunan Anar Əliyevin dosyesini təqdim edir:
1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavrı bitirib. 2002-ci ildə magistr dərəcəsi, 2006-cı ildə isə fəlsəfə doktoru dərəcəsi alıb. O, 2000–2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006–2008-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi olub.
2008–2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.
2016-cı il 3 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub.
2018-ci ildə nazirin əmri ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri – Nazirliyin aparatının rəhbəri təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində faəliyyətini davam etdirib.
Evlidir, 2 övladı var.