Samir Şərifova yeni vəzifələr verilib - FƏRMAN | 1news.az | Xəbərlər
Rəsmi

Samir Şərifova yeni vəzifələr verilib - FƏRMAN

Qafar Ağayev17:36 - Bu gün
Samir Şərifova yeni vəzifələr verilib - FƏRMAN

“Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 6 oktyabr 2016-cı il tarixli fərmanda dəyişiklik edilib.

1news.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasına sədrlik edən Baş nazirin müavini Əli Əhmədovu Baş nazirin digər müavini Samir Şərifov əvəzləyib.

Bundan başqa, Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında 6 yanvar 1995-ci il tarixli sərəncamda dəyişiklik edilib.

Dövlət Komissiyasının sədri Əli Əhmədovu Baş nazirin müavini Samir Şərifov əvəz edib.

Bundan əlavə, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri Əli Əhmədovu Baş nazirin müavini Samir Şərifov əvəz edib.

Paylaş:
61

Son xəbərlər

Sabunçuda ev yanıb

Bu gün, 16:58
Bütün xəbərlər