İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq
Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq.
1news.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev somalili həmkarı Hasan Şeyx Mahmud ilə mətbuata bəyanatında deyib.
Dövlət başçısı xatırladıb ki, Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır:
"Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Müzakirə etdiyimiz və edəcəyimiz sahələr sırasında, ən vaciblərindən biri təhsil sahəsidir. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlərimiz var. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək"