Rusiya və ABŞ nümayəndə heyətləri Ər-Riyadda danışıqlar aparır | 1news.az | Xəbərlər
Dünya

Rusiya və ABŞ nümayəndə heyətləri Ər-Riyadda danışıqlar aparır

Qafar Ağayev11:58 - 18 / 02 / 2025
Rusiya və ABŞ nümayəndə heyətləri Ər-Riyadda danışıqlar aparır

Səudiyyə Ərəbistanında ABŞ-Rusiya dialoqu başlayıb.

1news.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Rusiya nümayəndə heyəti artıq Ər-Riyadda ABŞ tərəfi ilə danışıqların keçiriləcəyi yerə çatıb.

ABŞ tərəfini Dövlət katibi Marko Rubio, Prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil edir. Rusiya tərəfindən isə xarici işlər naziri Sergey Lavrov və prezident Vladimir Putinin köməkçisi Yuri Uşakov iştirak edir.

Bu görüşlərin əsas məqsədi iki ölkə arasında regional təhlükəsizlik və digər strateji məsələlər üzrə dialoqu gücləndirməkdir.

Paylaş:
163

Son xəbərlər

Qar yağacaq - XƏBƏRDARLIQ

20 / 02 / 2025, 17:05
Bütün xəbərlər